Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“afn.az” fəaliyyətə başladı


 “Azerbaijan Financial News” (www.afn.az) ixtisaslaşmış iqtisadiyyat və maliyyə portalıdır. “İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, “afn.az” portalı oxucularına dünyada, regionda və ölkədə baş verən yalnız iqtisadi və maliyyə xəbərlərini təqdim edir.

Bundan başqa, “Azerbaijan Financial News” portalının təqdimatında neft, qaz və energetika, kənd təsərrüfatı və qida sənayesi xəbərlərini oxumaq mümkündür. Portal Azərbaycanın vergi, gömrük xəbərləri ilə yanaşı, bank, sığorta və lizinq sektorunun işıqlandırılmasına geniş yer ayırır.

“Azerbaijan Financial News” ölkənin nəqliyyat və daşınma sektorunun, dünyanın aparıcı avtomobil istehsalçı şirkətlərinin xəbərləri və yük daşımaları ilə bağlı məlumatları ilə oxucu auditoriyasını agah edir. “AFN” ölkənin daşınmaz və daşınar əmlak və tikinti bazarının məlumatlarını da tam əhatə edir.

Portalın təqdimatında aylıq, rüblük və illik statistik məlumatlar, hesabatlar da yer alacaq. Portal oxucularına analitik təhlillərlə yanaşı, həmçinin eksklüziv müsahibələr təqdim vəd edir. “afn.az” öz oxucularını aylıq, rüblük və illik renkinqlər, marketinq xəbərləri ilə tanış etmək niyyətindədir.


RƏVAN
 





22/02/12    Çap et