Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“DDoS” hücumların əsas mənbəyi hansı ölkədir?


“İCTnews” elektron xəbər xidməti “digit.ru” resursuna istinadən xəbər verir ki, Rusiya dövləti 2011-ci ilin ikinci yarısında dünyada “DDoS” hücumların əsas mənbəyi olub. Bu barədə Rusiyanın "Kasperski Laboratoriyası" antivirus şirkətinin mətbuat xidməti bildirib.

Mütəxəssislər iddia edirlər ki, Rusiya dövləti 2011-ci ilin ikinci yarısında dünyada bütün “DDoS” trafik mənbəyinin 16%-ni təşkil edib. Reytinqdə sonrakı yerləri Ukrayna (12%), Tayland (7%) və Malayziya (6%) dövlətləri tutublar. Reytinqin əvvəlki lideri ABŞ 2011-ci ilin ikinci yarısında bütün “DDoS” trafik mənbəyinin təxminən 3%-ni təşkil edib və 10-cu yerdə qərarlaşıb.


 
EMİL





23/02/12    Çap et