12px13px15px17px
Tarix:25/02/12

Naxçıvanın bütün poçt şöbələri maliyyə və bank xidmətlərinə başlayacaq

Yaxın günlərdə Naxçıvan Muxtar Respublikasındakı bütün poçt şöbələri maliyyə və bank xidmətlərinə başlayacaq. Bu barədə "İCTnews" elektron xəbər xidmətinə "Azərpoçt" MMC-nin informasiya texnologiyaları şöbəsinin rəisi Elman Vəliyev məlumat verib.

Onun sözlərinə görə, Muxtar Respublikada layihənin reallaşdırılması məqsədilə "Azərpoçt" MMC-nin mütəxəssislərindən ibarət qrup   Naxçıvana ezam edilib. Hazırda orada mərkəzi poçt şöbələrinin sistemə qoşulması işləri həyata keçirilir.

Bunun ardınca digər poçt şöbələrində də uyğun işlər həyata keçiriləcək. Poçt şöbələri müvafiq lisenziyalarla təmin edildikdən sonra  poçt şöbələrində vətəndaşlara lisenziya depozit qəbulu və kredit verilməsindən başqa bütün bank xidmətləri göstəriləcək . Eyni zamanda bu poçt şöbələrində valyutadəyişmə xidməti də tətbiq ediləcək.

Qeyd edək ki, Naxçıvan MR RİTN tərəfindən bütün poçt şöbələrinin rahat şəkildə bu xidmətlərə qoşulmasının təmin edilməsi məqsədilə tədbirlər həyata keçirib. Belə ki, bütün yaşayış  məntəqələrinin optikləşdirilməsi, yeni binaların tikilməsi, işçilərin bilik səviyyələrinin zənginləşdirilməsi və s. işləri görülüb.


RƏVAN
 




Baxış sayı: 1688

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024