Tarix:05/07/11
Yeni texnologiyaya əsaslanan poçt agentlikləri yaradılır
Azərbaycanda poçtun yeni inkişaf mərhələsi başlayıb. Bu barədə bizə məlumat verən “Azərpoçt”MMC-nin baş direktor müavini Sübhan Kazımov bildirib ki, müəssiə poçtun xidmət keyfiyyətinin artırılması, vətəndaşlara ənənəvi xidmətlərlə yanaşı, qeyri-ənənəvi xidmətlərin daha geniş şəkildə göstərilməsi üçün poçt şöbələri ilə yanaşı, kiçik yaşayış məntəqələrində poçt agentlikləri də yaradır. Belə ki, aparılmış tədbirlər nəticəsində son vaxtlar Poçt Filialları üzrə Universal Poçt Xidmətinin keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə Şamaxı PF-də 1-ci Çaylı, Şəhriyar, Quba PF-də Şuduq poçt agentlikləri açilıb. Qeyd edək ki, “Azərpoçt” MMC 1600 poçt şöbəsi ilə bütün respublikanın yaşayış məntəqələrini öz xidmətləri ilə təmin edir.Baxış sayı: 1064
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Poçt rabitəsi nağdsız ödəniş sisteminin inkişafına kömək edəcək
- Daha sürətli pul köçürmə sisteminə qoşuluruq
- “Eurovision” qaliblərinin şərəfinə poçt markası
- “Filateliyanın inkişafında innovasiya ”
- Bir neçə rayon poçtu “Western Union” sisteminə qoşulur
- Poçt mübadiləsində yenilik
- Korporativ üslubda yeni poçt şöbələri istifadəyə veriləcək
- Poçt mübadiləsində yenilik
- Elektron poçt xidmətinin tətbiqi reallaşır
- Poçtda e-qeydiyyat sistemi
- Bütün poçt göndərişlərinin elektron qeydiyyatı aparılır
- “Azərpoçt” Qusar və Xaçmazda “səyyar qəbul”lar
- Füzuli Poçtamtı elektron poçt xidmətini həyata keçirir
- Bütün poçt şöbələri kütləvi ödənişlər üzrə mərkəzləşdirilmiş informasiya sisteminə qoşulacaq
- Poçt işçilərimiz afrikalılara dərs keçəcək