12px13px15px17px
Tarix:06/03/12

“BAKU-OXFORD SCHOOL”-un şagirdləri “Azərpoçt”MMC-də olublar

Bakı  şəhərində fəaliyyət  göstərən “BAKU-OXFORD SCHOOL”-un bir qrup şagird və müəllim heyəti “Azərpoçt” MMC-də ekskursiyada olublar. Səfər məktəbin rəhbərliyinin müraciəti əsasında gerçəkləşib.

Müəssisənin mərkəzi aparatında  təşkil olunan  görüşdə  ekskursiyaya gələnlərə   respublikamızın milli  poçt  operatorunun  ölkədaxili və  beynəlxalq  fəaliyyəti,  həmçinin   Azərbaycan poçtunun   tarixi,  inkişafı  və beynəlxalq  əlaqələri barədə ətraflı  məlumatlar verilib.

Ümumdünya  Poçt  İttifaqı  və onun müvafiq  təşkilatları ilə  səmərəli əməkdaşlıq  çərçivəsində “Azərpoçt” MMC-nin qazandığı  nailiyyətləri əks etdirən  stendlərə  baxış keçirilib,  göstərilən   yüksək  standartlara  uyğun  poçt rabitə xidmətlərinə görə  beynəlxalq təşkilatlar  tərəfindən  verilən  mükafatlar, diplomlar,  sertifikatlar, poçt markaları əyani şəkildə  qonaqlara  nümayiş  etdirilib.

Bundan sonra  qonaqlar   Səbail  rayon  Poçt  filialının  Mərkəzi  poçt şöbəsində   poçt  rabitə  xidmətlərinin  praktiki təşkili,  müştərilərə  göstərilən   xidmətlərin çeşidi, xarici  ölkələrlə  poçt  əlaqələri, personalın  xidmət mədəniyyətilə  bilavasitə tanış olublar.




Baxış sayı: 1241

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024