12px13px15px17px
Tarix:14/04/12

Ölkəmiz digər ölkələrlə daha sürətli pul mübadiləsi həyata keçirə biləcək

Ölkəmizin “STEFİ”-nin(Secured Transfer of Electronic Financial Information) daha  təcili pul köçürmələri əməliyyat sisteminə qoşulması istiqamətində test işləri uğurla başa çatıb. “Azərpoçt” MMC-dən verilən məlumata görə, “STEFİ” texniki məsələləri həll edib.

Texniki məsələ həll edildiyindən ölkəmiz digər ölkələrlə sürətli mübadilə həyata keçirə bilir.”Sadəcə, problem “STEFİ” sisteminin “Colvir” sisteminə inteqrasiyası işləri aparılır. Bu, həll edildikdən sonra sistem işə düşəcək”- deyə  məlumatda qeyd edilir.

Qeyd edək ki, Azərbaycan beynəlxalq pul göndərişləri üzrə “STEFİ” sisteminə qoşularaq Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Moldova və Birləşmiş Ərəb Əmirlikləri ilə mübadilə həyata keçirir.
Onu da bildirək ki, yeni sistem əvvəlkindən daha sürətlidir.




Baxış sayı: 1735

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024