Tarix:24/04/12
Müəssisədən “İCTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, layihə bütün növ poçt göndərişlərinin (məktub, bağlama, banderol və digər növ standartlaşdırılmış poçt göndərişləri) avtomatlaşdırılmış emalını, çeşidlənmə işinin avadanlıqlar vasitəsilə aparılmasını və bununla da poçtun emalına sərf edilən vaxtın maksimum qısaldılmasını və operativliyin daha da artırılmasını təmin edəcək. Layihəni reallaşdırmaq üçün koreyalı mütəxəssislər poçt daşıma mərkəzlərində (PDM) araşdırma aparıblar. Yaxın vaxtlarda bununla bağlı qərar veriləcəyi gözlənilir.
Hesablamalara görə, bu xidmətin tətbiqi ilə "Azərpoçt" MMC-nin məktub göndərişlərinin həcmi təkcə bank hesab çıxarışları müqabilində ildə 10 milyon ədədə qədər arta bilər ki, bu da bütün məktub korrespondensiyasının illik həcmindən təxminən 2 dəfə çoxdur.
Eyni zamanda "Poçt göndərişlərinin avtomatlaşdırılmış emalı" layihəsinin həyata keçirilməsi ilə "Azərpoçt" MMC poçtun PDM-də emalı xərcinin azaldılması, avtomatlaşdırılmış çeşidləmənin hesabına poçtun çatdırma müddətinin qısaldılması, çeşidləmə zamanı insan səhvindən qaynaqlanan səhvlərin minimuma endirilməsi, bank hesab çıxarışlarının çatdırılması hesabına illik məktub korrespondensiyasının həcminin 2-3 dəfə artırılması, poçt göndərişlərinin izlənməsi işinin təkmilləşdirilməsi və avtomatlaşdırılmış izləməyə keçidin əldə edilməsinə nail olacaq.
Belə ki, müəssisə, həmçinin poçt göndərişlərinin həcminin hazırkı səviyyədən 10 dəfəyədək artırılması, poçt göndərişlərindən kütləvi şəkildə istifadə edən iri dövlət təşkilatlarının və digər korporativ müştərilərin markalayıcı maşınlarla təmin edilməsi hesabına poçt ödəniş nişanlarına sərf edilən xərclərin azaldılmasını, hibrid poçt xidmətlərinin tətbiqinin genişləndirilməsi, poçt infrastrukturunun daha da təkmilləşdirilməsi, poçt xidmətlərindən əldə olunan gəlirlərin artırılması kimi mütərəqqi nailiyyətlər də əldə edəcək.
RƏVAN
Koreyalı mütəxəssislər poçt sahəsində islahat aparacaq
Yaxın vaxtlarda Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) "Azərpoçt" MMC-nin Poçt Daşıma Mərkəzində (PDM) poçtun çeşidlənməsi işinin avtomatlaşdırılması üçün qrant ayıracağı gözlənilir. Bu barədə agentliyin Azərbaycan ofisinin rezident nümayəndəsi xanım Kim Eun-suk "Azərpoçt" MMC-də olarkən razılıq əldə olunub.Müəssisədən “İCTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, layihə bütün növ poçt göndərişlərinin (məktub, bağlama, banderol və digər növ standartlaşdırılmış poçt göndərişləri) avtomatlaşdırılmış emalını, çeşidlənmə işinin avadanlıqlar vasitəsilə aparılmasını və bununla da poçtun emalına sərf edilən vaxtın maksimum qısaldılmasını və operativliyin daha da artırılmasını təmin edəcək. Layihəni reallaşdırmaq üçün koreyalı mütəxəssislər poçt daşıma mərkəzlərində (PDM) araşdırma aparıblar. Yaxın vaxtlarda bununla bağlı qərar veriləcəyi gözlənilir.
Hesablamalara görə, bu xidmətin tətbiqi ilə "Azərpoçt" MMC-nin məktub göndərişlərinin həcmi təkcə bank hesab çıxarışları müqabilində ildə 10 milyon ədədə qədər arta bilər ki, bu da bütün məktub korrespondensiyasının illik həcmindən təxminən 2 dəfə çoxdur.
Eyni zamanda "Poçt göndərişlərinin avtomatlaşdırılmış emalı" layihəsinin həyata keçirilməsi ilə "Azərpoçt" MMC poçtun PDM-də emalı xərcinin azaldılması, avtomatlaşdırılmış çeşidləmənin hesabına poçtun çatdırma müddətinin qısaldılması, çeşidləmə zamanı insan səhvindən qaynaqlanan səhvlərin minimuma endirilməsi, bank hesab çıxarışlarının çatdırılması hesabına illik məktub korrespondensiyasının həcminin 2-3 dəfə artırılması, poçt göndərişlərinin izlənməsi işinin təkmilləşdirilməsi və avtomatlaşdırılmış izləməyə keçidin əldə edilməsinə nail olacaq.
Belə ki, müəssisə, həmçinin poçt göndərişlərinin həcminin hazırkı səviyyədən 10 dəfəyədək artırılması, poçt göndərişlərindən kütləvi şəkildə istifadə edən iri dövlət təşkilatlarının və digər korporativ müştərilərin markalayıcı maşınlarla təmin edilməsi hesabına poçt ödəniş nişanlarına sərf edilən xərclərin azaldılmasını, hibrid poçt xidmətlərinin tətbiqinin genişləndirilməsi, poçt infrastrukturunun daha da təkmilləşdirilməsi, poçt xidmətlərindən əldə olunan gəlirlərin artırılması kimi mütərəqqi nailiyyətlər də əldə edəcək.
RƏVAN
Baxış sayı: 1632
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Poçt rabitəsi nağdsız ödəniş sisteminin inkişafına kömək edəcək
- Daha sürətli pul köçürmə sisteminə qoşuluruq
- “Eurovision” qaliblərinin şərəfinə poçt markası
- “Filateliyanın inkişafında innovasiya ”
- Bir neçə rayon poçtu “Western Union” sisteminə qoşulur
- Poçt mübadiləsində yenilik
- Korporativ üslubda yeni poçt şöbələri istifadəyə veriləcək
- Poçt mübadiləsində yenilik
- Elektron poçt xidmətinin tətbiqi reallaşır
- Poçtda e-qeydiyyat sistemi
- Bütün poçt göndərişlərinin elektron qeydiyyatı aparılır
- “Azərpoçt” Qusar və Xaçmazda “səyyar qəbul”lar
- Füzuli Poçtamtı elektron poçt xidmətini həyata keçirir
- Bütün poçt şöbələri kütləvi ödənişlər üzrə mərkəzləşdirilmiş informasiya sisteminə qoşulacaq
- Poçt işçilərimiz afrikalılara dərs keçəcək