Tarix:26/04/12
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, telekommunikasiya tarifləri əvvəlki ayla müqayisədə eyni səviyyədə qalıb, keçən ilin yanvar-mart aylarına nisbətən isə 4,8% aşağı düşüb.
«Dəmir yolu nəqliyyatında 10 ton yükün 1 km məsafəyə daşınmasının orta tarifi idxal üzrə 12,1%, ixrac üzrə 9,6%, tranzit yüklərin daşınması üzrə 4,6% bahalaşıb, yerli əlaqələr üzrə isə 11,3% ucuzlaşıb. Dəmir yolu vasitəsilə sərnişindaşıma tariflərində beynəlxalq əlaqədə 1,9% ucuzlaşma müşahidə olunub», - deyə Komitədən bildirilib.
Dəniz nəqliyyatı vasitəsilə və avtomobil nəqliyyatı ilə yükdaşıma və sərnişindaşıma tariflərində heç bir dəyişiklik müşahidə olunmayıb, ay ərzində poçt tarifləri dəyişməz qalıb.
Hava nəqliyyatında MDB ölkələrinə 1 ton yükün daşınma tarifləri və sərnişindaşıma tarifləri müvafiq olaraq 0,5% və 1,5%, digər ölkələrə isə sərnişindaşıma tarifləri 3,7% ucuzlaşıb.Boru kəməri vasitəsilə neftin nəql olunma tarifləri 0,2% bahalaşıb.
Azərbaycanda nəqliyyat və poçt tarifləri indeksi martda 0,3% yüksəlib
Bu ilin mart ayında Azərbaycanda nəqliyyat və poçt tarifləri indeksi fevral ayına nisbətən 100,3%, keçən ilin müvafiq dövrünə nisbətən 97,6% təşkil edib.Dövlət Statistika Komitəsindən verilən məlumata görə, telekommunikasiya tarifləri əvvəlki ayla müqayisədə eyni səviyyədə qalıb, keçən ilin yanvar-mart aylarına nisbətən isə 4,8% aşağı düşüb.
«Dəmir yolu nəqliyyatında 10 ton yükün 1 km məsafəyə daşınmasının orta tarifi idxal üzrə 12,1%, ixrac üzrə 9,6%, tranzit yüklərin daşınması üzrə 4,6% bahalaşıb, yerli əlaqələr üzrə isə 11,3% ucuzlaşıb. Dəmir yolu vasitəsilə sərnişindaşıma tariflərində beynəlxalq əlaqədə 1,9% ucuzlaşma müşahidə olunub», - deyə Komitədən bildirilib.
Dəniz nəqliyyatı vasitəsilə və avtomobil nəqliyyatı ilə yükdaşıma və sərnişindaşıma tariflərində heç bir dəyişiklik müşahidə olunmayıb, ay ərzində poçt tarifləri dəyişməz qalıb.
Hava nəqliyyatında MDB ölkələrinə 1 ton yükün daşınma tarifləri və sərnişindaşıma tarifləri müvafiq olaraq 0,5% və 1,5%, digər ölkələrə isə sərnişindaşıma tarifləri 3,7% ucuzlaşıb.Boru kəməri vasitəsilə neftin nəql olunma tarifləri 0,2% bahalaşıb.
Baxış sayı: 1784
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Poçt rabitəsi nağdsız ödəniş sisteminin inkişafına kömək edəcək
- Daha sürətli pul köçürmə sisteminə qoşuluruq
- “Eurovision” qaliblərinin şərəfinə poçt markası
- “Filateliyanın inkişafında innovasiya ”
- Bir neçə rayon poçtu “Western Union” sisteminə qoşulur
- Poçt mübadiləsində yenilik
- Korporativ üslubda yeni poçt şöbələri istifadəyə veriləcək
- Poçt mübadiləsində yenilik
- Elektron poçt xidmətinin tətbiqi reallaşır
- Poçtda e-qeydiyyat sistemi
- Bütün poçt göndərişlərinin elektron qeydiyyatı aparılır
- “Azərpoçt” Qusar və Xaçmazda “səyyar qəbul”lar
- Füzuli Poçtamtı elektron poçt xidmətini həyata keçirir
- Bütün poçt şöbələri kütləvi ödənişlər üzrə mərkəzləşdirilmiş informasiya sisteminə qoşulacaq
- Poçt işçilərimiz afrikalılara dərs keçəcək