Tarix:27/04/12
Bu gün «Azərpoçt» MMC-də müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi təşkil olunub. Tədbirdə çıxış edən «Azərpoçt» MMC-nin baş direktor müavini Sübhan Kazımov bildirib ki, ÜPİ, «Azərpoçt» MMC və TN üzrə hər biri 1 mövzu olmaqla müsabiqəyə 3 mövzu təklif edilib.
«Heyranı olduğun idmançıya və ya idman xadiminə məktub yaz və ona söylə ki, Olimpiya Oyunları sənin üçün nə dərəcədə əhəmiyyət daşıyır», «M.F.Axundovun yaradıcılığında vətənpərvərliyin, maarifçiliyin və azad düşüncə tərzinin tərənnümü», «Meşələr planetimizin «ağciyər"idir, meşələri qoruyun!» mövzularında 39152 şagird inşa yazıb.
S.Kazımovun sözlərinə görə, daxil olmuş bütün inşa yazıları müsabiqənin şərtlərinə görə, «Azərpoçt» MMC-nin poçt filialına göndərilmiş, yerli Təhsil idarələrinin müəllimləri tərəfindən yoxlanılıb, hər bir mövzu üzrə 2 qalib olmaqla hər PF-dən 6 qalib inşa yazısı «Azərpoçt» MMC-yə təqdim edilib.
Həmin inşa yazıları Bakı Baş Təhsil İdarəsi tərəfindən bir daha yoxlanılaraq «yaxşıların yaxşısı» seçilib və 31 qalib müəyyən edilib. ÜPİ-nin təqdim etdiyi mövzu üzrə qalib elan edilmiş inşa yazısı Azərbaycan Respublikası adından Ümumdünya Poçt İttifaqının mərkəzi ofisinə göndərilib.
S.Kazımov deyib ki, bütün bunları nəzərə alan «Azərpoçt» MMC-nin baş direktoru Qəmbər Bəybalayev əmr imzalayıb. Əmrə görə, I yerin qalibləri 100 manat pul mükafatı və fəxri fərmanla təltif olunub. II və III yerin qalibləri isə müvafiq olaraq 80 və 60 manat pul mükafatları ilə, eləcə də fəxri fərmanla mükafatlandırılıblar. Bundan əlavə, həvəsləndirici – IV yerə layiq görülənlər də unudulmayıb.
Onlar da 40 manat pul mükafatı, eləcə də fəxri fərmanla təltif olunub.
Sonra Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Aparat rəhbərinin müavini İlham Mərdanov çıxış edərək bildirib ki, bu mərasim ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibəti ilə təşkil olunan tədbirlər silsiləsinə daxildir: «Məktəblilər arasında belə bir müsabiqənin keçirilməsi olduqca təqdirəlayiq haldır. Bu müsabiqə yeniyetmələrdə dövlətə, vətənə sevgi hissi aşılayır».
Sonra qaliblər mükafatlandırılıb.
I yer
II yer
III yer
Həvəsləndirici – IV yer
SEYMUR
«Azərpoçt» MMC inşa müsabiqəsinin qaliblərini mükafatlandırıb
«Azərpoçt» MMC və Təhsil Nazirliyi (TN) Ümumdünya Poçt İttifaqının (ÜPİ) xətti ilə 2011-2012-ci illər üzrə ölkəmizin məktəbliləri arasında 41-ci beynəlxalq epistolyar inşa müsabiqəsi keçirib.Bu gün «Azərpoçt» MMC-də müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi təşkil olunub. Tədbirdə çıxış edən «Azərpoçt» MMC-nin baş direktor müavini Sübhan Kazımov bildirib ki, ÜPİ, «Azərpoçt» MMC və TN üzrə hər biri 1 mövzu olmaqla müsabiqəyə 3 mövzu təklif edilib.
«Heyranı olduğun idmançıya və ya idman xadiminə məktub yaz və ona söylə ki, Olimpiya Oyunları sənin üçün nə dərəcədə əhəmiyyət daşıyır», «M.F.Axundovun yaradıcılığında vətənpərvərliyin, maarifçiliyin və azad düşüncə tərzinin tərənnümü», «Meşələr planetimizin «ağciyər"idir, meşələri qoruyun!» mövzularında 39152 şagird inşa yazıb.
S.Kazımovun sözlərinə görə, daxil olmuş bütün inşa yazıları müsabiqənin şərtlərinə görə, «Azərpoçt» MMC-nin poçt filialına göndərilmiş, yerli Təhsil idarələrinin müəllimləri tərəfindən yoxlanılıb, hər bir mövzu üzrə 2 qalib olmaqla hər PF-dən 6 qalib inşa yazısı «Azərpoçt» MMC-yə təqdim edilib.
Həmin inşa yazıları Bakı Baş Təhsil İdarəsi tərəfindən bir daha yoxlanılaraq «yaxşıların yaxşısı» seçilib və 31 qalib müəyyən edilib. ÜPİ-nin təqdim etdiyi mövzu üzrə qalib elan edilmiş inşa yazısı Azərbaycan Respublikası adından Ümumdünya Poçt İttifaqının mərkəzi ofisinə göndərilib.
S.Kazımov deyib ki, bütün bunları nəzərə alan «Azərpoçt» MMC-nin baş direktoru Qəmbər Bəybalayev əmr imzalayıb. Əmrə görə, I yerin qalibləri 100 manat pul mükafatı və fəxri fərmanla təltif olunub. II və III yerin qalibləri isə müvafiq olaraq 80 və 60 manat pul mükafatları ilə, eləcə də fəxri fərmanla mükafatlandırılıblar. Bundan əlavə, həvəsləndirici – IV yerə layiq görülənlər də unudulmayıb.
Onlar da 40 manat pul mükafatı, eləcə də fəxri fərmanla təltif olunub.
Sonra Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Aparat rəhbərinin müavini İlham Mərdanov çıxış edərək bildirib ki, bu mərasim ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibəti ilə təşkil olunan tədbirlər silsiləsinə daxildir: «Məktəblilər arasında belə bir müsabiqənin keçirilməsi olduqca təqdirəlayiq haldır. Bu müsabiqə yeniyetmələrdə dövlətə, vətənə sevgi hissi aşılayır».
Sonra qaliblər mükafatlandırılıb.
I yer
- Məmmədov Elçin Mehman oğlu
- Məmmədli Samir Camal oğlu
II yer
- Xəlilli Vüqar Nemət oğlu
- Vəlizadə Qənirə Asif qızı
- Cəfərova Aygün Kamran qızı
- Səmədov Nicat Natiq oğlu
- Zamanlı Nəzrin Nüsrət qızı
III yer
- Şirinov Ənvər Hasil oğlu
- Məmmədli Rüfət Əlövsət oğlu
- Əhmədov İsmayıl Oruc oğlu
- Əsgərov Məhərrəm Mirzə oğlu
- Pençiyeva Türkan Cabbar qızı
- Ramisli Günay Azər qızı
- Yaqublu Fuad Mikayıl oğlu
- Dadaşova Nəzrin Cəmil qızı
Həvəsləndirici – IV yer
- Hacıyev Emil Bədəl oğlu
- Hümmətzadə Gülyaz Namiq qızı
- İsayev Emil Əli oğlu
- Bədəlov Nail Mayıl oğlu
- Məmmədova Zeynəb İlqar qızı
- Quliyeva Yeganə Mizəxan qızı
- Hüseynova Aysel Rafiq qızı
- Xalisbəyli Rəvanə İsa qızı
- Quliyeva Aydan İlqar qızı
- Nəbiyeva Güləndam Camal qızı
- Adilzadə Alidə Ədalət qızı
- Hacızadə Telman Camal oğlu
- Keysəruxsaya Fatimə Fuad qızı
SEYMUR
Baxış sayı: 3682
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Poçt rabitəsi nağdsız ödəniş sisteminin inkişafına kömək edəcək
- Daha sürətli pul köçürmə sisteminə qoşuluruq
- “Eurovision” qaliblərinin şərəfinə poçt markası
- “Filateliyanın inkişafında innovasiya ”
- Bir neçə rayon poçtu “Western Union” sisteminə qoşulur
- Poçt mübadiləsində yenilik
- Korporativ üslubda yeni poçt şöbələri istifadəyə veriləcək
- Poçt mübadiləsində yenilik
- Elektron poçt xidmətinin tətbiqi reallaşır
- Poçtda e-qeydiyyat sistemi
- Bütün poçt göndərişlərinin elektron qeydiyyatı aparılır
- “Azərpoçt” Qusar və Xaçmazda “səyyar qəbul”lar
- Füzuli Poçtamtı elektron poçt xidmətini həyata keçirir
- Bütün poçt şöbələri kütləvi ödənişlər üzrə mərkəzləşdirilmiş informasiya sisteminə qoşulacaq
- Poçt işçilərimiz afrikalılara dərs keçəcək