12px13px15px17px
Tarix:01/05/12

Səhv hesablara pul köçürmələrinin qarşısı alınacaq

“Azərpoçt” MMC-nin beynəlxal banklararası pul köçürmələri sisteminə (SWIFT 7)  keçidi yekunlaşıb. Bu barədə ICTnews elektron xəbər xidmətinə “Azərpoçt” MMC-nin əməliyyatlar şöbəsinin rəisi Fərid Hüseynov məlumat verib.

Onun sözlərinə görə, Mərkəzi Bankın tələblərinə görə bu ilin sonuna qədər bütün banklar və maliyyə təşkilatları yeni beynəlxalq bank hesablarına (İBAN) keçməlidirlər. Bununla bağlı “Azərpoçt” MMC-nin hesablarının yeni İBAN hesablara keçməsi tam bitib.

Qeyd edək ki,  yeni sistem səhv hesablara (hesabdan hesaba) pul köçürmələrinin qarşısını alacaq. Əgər hesabda hər hansı rəqəm səhvi olarsa sistem əməliyyatı qəbul etməyəcək.






RƏVAN
 




Baxış sayı: 1547

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024