Tarix:17/05/12
Məlumatda bildirilir ki, müəssisənin əməkdaşları tərəfindən bölgədə aparılan araşdırma nəticəsində məlum olub ki, Zaqatala Poçt filialının Gözbarax Poçt şöbəsi kənd Ərazi İcra Nümayəndəliyinin 2 mərtəbəli binasında fəaliyyət göstərib.
Zəlzələ nəticəsində binada çatlar əmələ gəlib. Fövqəladə Hallar Nazirliyinin nümayəndələrinin göstərişi əsasında binaya işçilərin daxil olması qadağan olunub. Poçt şöbəsi müvəqqəti olaraq çadırda fəaliyyətini davam etdirir. Rayonun Yuxarı Çardaxlar Poçt şöbəsi Kooperativlər İttifaqının binasında fəaliyyət göstərib.
Bina əvvəlcədən də qəzalı vəziyyətdə olub və təbii fəlakət nəticəsində daha da qəzalı vəziyyətə düşüb. Poçt şöbəsi müvəqqəti olaraq kənd bələdiyyəsinə aid binada ayrılmış bir otaqda yerləşdirilib. Poçt şöbəsi üçün yeni binanın tikilməsinə ehtiyac vardır. Bu məqsəd üçün əvvəlcədən yerli icra hakimiyyəti tərəfindən torpaq sahəsinin ayrılması sərəncamı var.
Qımır Poçt şöbəsi 1997-ci ildə yerli sakinlər tərəfindən çay daşlarından tikilmiş binada 20 m² sahədə fəaliyyət göstərir. Zəlzələdən sonra binada daxildən çatlar əmələ gəlib, fasad hissəsində daşların sökülməsi müşahidə olunub. Təmir-bərpa işləri aparılmaqla binanı normal vəziyyətə gətirmək mümkündür.
Əliabad Poçt şöbəsi kənd bələdiyyəsinə məxsus qədim binada 20 m² sahədə fəaliyyət göstərir. Binanın arxa divarlarında çatlar əmələ gəlib.
Şəhər 1, Şəhər 2 və Muxax Poçt şöbələri 2008-2009-cu illərdə yeni tikilmiş binalarda fəaliyyət göstərir. Zəlzələdən sonra daxildə arakəsmə divarlarda çatlar əmələ gəlib. Xarici divarlarda güclü çatlar müşahidə olunmayıb. Cari təmir aparılmaqla dəymiş ziyanın aradan qaldırılması mümkündür.
Bundan başqa müəssisənın nümayəndələri Qax və Balakən rayonlarında da olub. Burada poçt rabitəsi binalarına o qədər də ziyan dəymədiyi müşahidə olunub.
Baş İdarədən bölgəyə ezam olunan rəhbər şəxslər yerli poçt işçiləri ilə görüşlər keçirərək, poçt rabitəçilərini əzmkar olub sıxıntılı günlərdə daha şücayətlik nümayiş etdirməyə çağırıblar. Poçtun gündəlik işi, göndərişlərin çatdırılma tezliyi, mübadiləsi sahəsində konkret tapşırıqlar verilib.
Hazırda verilən son xəbərə görə, bölgədə poçt rabitəsinin işi gücləndirilmiş rejimdə fəaliyyət göstərir. Çadırlarda məskunlaşan sakinlərə bütün poçt xidmətlərinin göstərilməsi, göndərişlərin vaxtında çatdırılması, mübadiləsi diqqət mərkəzindədir.
RƏVAN
“Azərpoçt” zəlzələ bölgəsində keçirilən monitorinqlərin nəticələrini açıqladı
"Azərpoçt" MMC Zaqatala rayonunda baş verən zəlzələ nəticəsində region poçt filiallarının poçt şöbələrinə dəyən ziyanı dəqiqləşdirmək üçün monitorinqlər keçirib. Bu barədə müəssisədən "İCTnews" elektron xəbər xidmətinə verilən məlumatda deyilir.Məlumatda bildirilir ki, müəssisənin əməkdaşları tərəfindən bölgədə aparılan araşdırma nəticəsində məlum olub ki, Zaqatala Poçt filialının Gözbarax Poçt şöbəsi kənd Ərazi İcra Nümayəndəliyinin 2 mərtəbəli binasında fəaliyyət göstərib.
Zəlzələ nəticəsində binada çatlar əmələ gəlib. Fövqəladə Hallar Nazirliyinin nümayəndələrinin göstərişi əsasında binaya işçilərin daxil olması qadağan olunub. Poçt şöbəsi müvəqqəti olaraq çadırda fəaliyyətini davam etdirir. Rayonun Yuxarı Çardaxlar Poçt şöbəsi Kooperativlər İttifaqının binasında fəaliyyət göstərib.
Bina əvvəlcədən də qəzalı vəziyyətdə olub və təbii fəlakət nəticəsində daha da qəzalı vəziyyətə düşüb. Poçt şöbəsi müvəqqəti olaraq kənd bələdiyyəsinə aid binada ayrılmış bir otaqda yerləşdirilib. Poçt şöbəsi üçün yeni binanın tikilməsinə ehtiyac vardır. Bu məqsəd üçün əvvəlcədən yerli icra hakimiyyəti tərəfindən torpaq sahəsinin ayrılması sərəncamı var.
Qımır Poçt şöbəsi 1997-ci ildə yerli sakinlər tərəfindən çay daşlarından tikilmiş binada 20 m² sahədə fəaliyyət göstərir. Zəlzələdən sonra binada daxildən çatlar əmələ gəlib, fasad hissəsində daşların sökülməsi müşahidə olunub. Təmir-bərpa işləri aparılmaqla binanı normal vəziyyətə gətirmək mümkündür.
Əliabad Poçt şöbəsi kənd bələdiyyəsinə məxsus qədim binada 20 m² sahədə fəaliyyət göstərir. Binanın arxa divarlarında çatlar əmələ gəlib.
Şəhər 1, Şəhər 2 və Muxax Poçt şöbələri 2008-2009-cu illərdə yeni tikilmiş binalarda fəaliyyət göstərir. Zəlzələdən sonra daxildə arakəsmə divarlarda çatlar əmələ gəlib. Xarici divarlarda güclü çatlar müşahidə olunmayıb. Cari təmir aparılmaqla dəymiş ziyanın aradan qaldırılması mümkündür.
Bundan başqa müəssisənın nümayəndələri Qax və Balakən rayonlarında da olub. Burada poçt rabitəsi binalarına o qədər də ziyan dəymədiyi müşahidə olunub.
Baş İdarədən bölgəyə ezam olunan rəhbər şəxslər yerli poçt işçiləri ilə görüşlər keçirərək, poçt rabitəçilərini əzmkar olub sıxıntılı günlərdə daha şücayətlik nümayiş etdirməyə çağırıblar. Poçtun gündəlik işi, göndərişlərin çatdırılma tezliyi, mübadiləsi sahəsində konkret tapşırıqlar verilib.
Hazırda verilən son xəbərə görə, bölgədə poçt rabitəsinin işi gücləndirilmiş rejimdə fəaliyyət göstərir. Çadırlarda məskunlaşan sakinlərə bütün poçt xidmətlərinin göstərilməsi, göndərişlərin vaxtında çatdırılması, mübadiləsi diqqət mərkəzindədir.
RƏVAN
Baxış sayı: 1834
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Poçt rabitəsi nağdsız ödəniş sisteminin inkişafına kömək edəcək
- Daha sürətli pul köçürmə sisteminə qoşuluruq
- “Eurovision” qaliblərinin şərəfinə poçt markası
- “Filateliyanın inkişafında innovasiya ”
- Bir neçə rayon poçtu “Western Union” sisteminə qoşulur
- Poçt mübadiləsində yenilik
- Korporativ üslubda yeni poçt şöbələri istifadəyə veriləcək
- Poçt mübadiləsində yenilik
- Elektron poçt xidmətinin tətbiqi reallaşır
- Poçtda e-qeydiyyat sistemi
- Bütün poçt göndərişlərinin elektron qeydiyyatı aparılır
- “Azərpoçt” Qusar və Xaçmazda “səyyar qəbul”lar
- Füzuli Poçtamtı elektron poçt xidmətini həyata keçirir
- Bütün poçt şöbələri kütləvi ödənişlər üzrə mərkəzləşdirilmiş informasiya sisteminə qoşulacaq
- Poçt işçilərimiz afrikalılara dərs keçəcək