12px13px15px17px
Tarix:05/06/12

Maliyyə xidmətləri nağdsız ödənişi də sürətləndirəcək

"Maliyyə xidmətlərinin inkişafı" layihəsi uğurla icra olunan və böyük perspektivi olan layihələrdən biridir. Bu yaxınlarda lisenziya alan poçt şöbələrinin sayı minə çatacaq”. Bu sözləri “İCTNews”-a açıqlamasında "Azərpoçt" MMC-nin hüquq şöbəsinin müdiri Yaşar Əhmədov bildirib.

Onun sözlərinə görə, müəssisə geniş poçt şəbəkəsinə malik olmaqla bütün regionları, hətta ucqar dağ kəndlərini əhatə etməklə əhaliyə bank və maliyyə xidmətləri göstərilməsi ölkə iqtisadiyyatı üçün çox böyük əhəmiyyətə malikdir.”Hal-hazırda lisenziya alan poçt şöbələrinin sayı 974-dür. Bəzi texniki işlər var, onlar həyata keçirildikdən sonra belə şöbələrin  sayı daha çox olacaq”- deyə o bildirib.

Şöbə müdiri eyni zamanda şəbəkənin daha da genişləndirilməsi ilə nağdsız ödəniş sisteminin inkişaf etdiriləcəyini qeyd edib.




RƏVAN




Baxış sayı: 1656

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024