12px13px15px17px
Tarix:13/07/12

M.Ə.Sabirə həsr olunan markalar işıq üzü görüb

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Azərmarka şirkəti Azərbaycan xalqının görkəmli ədibləri – yazıçı və ictimai xadim Mirzə Fətəli Axundzadə və şair Mirzə Ələkbər Sabirin yubileyinə həsr olunan markaların dövriyyəyə buraxılmasını elan edib.

M.F.Axundzadənin 200 illiyi münasibətilə 100 min ədəd tirajla buraxılan və yazıçının portretinin təsvir olunduğu markalardan birinin nominal dəyəri 20 qəpik təşkil edir. M.Ə.Sabirin 150 illiyi münasibətilə işıq üzü görən və şairin şəklinin təsvir olunduğu digər markanın da tirajı 100 min nüsxəyə, nominal dəyəri isə 20 qəpiyə bərabərdir.




Baxış sayı: 1074

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024