Tarix:31/07/12
Xatırladaq ki, tərəflər arasında mübadilə əvvəllər faksla həyata keçirilib. Onu da qeyd etmək lazımdır ki, ölkə daxilində beynəlxalq pul göndərişlərinin qəbul edilib göndərilməsində, eyni zamanda pul göndərişlərinin sahiblərinə çatdırılmasında banklarla rəqabətdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Azərpoçt” MMC daha geniş imkanlara malikdir.
Banklar Bakı və digər iri şəhərlərdə müştərilərə xidmətini təklif etdiyi halda, ölkənin bütün kəndlərini əhatə edən və hazırda 1600-ə yaxın poçt şöbəsi ilə operatorun xidmət sferası daha geniş şəbəkəyə malikdir. Poçt şöbələri tərəfindən pul göndərişləri üçün alınan rüsumun özəl banklarla müqayisədə çox aşağı olması müştərilər üçün xüsusi əhəmiyyət kəsb edir.
Digər tərəfdən də qeyd edək ki, Azərbaycan hökuməti ilə Dünya Bankı arasında bağlanmış müqaviləyə uyğun olaraq ölkənin poçt şöbələri bank və maliyyə xidmətləri (kredit istisna olmaqla) göstərir. Kənd poçt şöbələrinin kompyuterləşdirilməsi ilə xaricdən pul göndərən vətəndaşların göndərişlərinin 10-15 dəqiqə ərzində ucqar dağ kəndinə çatması xüsusi üstünlüklərdir.
Yeri gəlmişkən onu da bildirək ki, ölkəmizə göndərilən barat “Azərpoçt” MMC-nin Baratlara nəzarət şöbəsinə (BNŞ) daxil olduqdan sonra milli valyuta şəklində kompyuter vasitəsilə istənilən ünvana ötürülür. Rayonlardan isə pul baratları kompyuterlə BNŞ-yə ötürülür və oradan da təyinat ölkəsinə göndərilir.
RƏVAN
Azərbaycanla Türkiyə arasında elektron pul köçürməsi sistemi uğurla tətbiq edilir
Azərbaycanla Türkiyə arasında pul köçürülməsini daha qısa vaxt ərzində həyata keçirmək məqsədilə hər iki ölkə arasında imzalanmış müqaviləyə uyğun olaraq barat mübadiləsinin elektron sistemlə əvəz olunması davam edir.Xatırladaq ki, tərəflər arasında mübadilə əvvəllər faksla həyata keçirilib. Onu da qeyd etmək lazımdır ki, ölkə daxilində beynəlxalq pul göndərişlərinin qəbul edilib göndərilməsində, eyni zamanda pul göndərişlərinin sahiblərinə çatdırılmasında banklarla rəqabətdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Azərpoçt” MMC daha geniş imkanlara malikdir.
Banklar Bakı və digər iri şəhərlərdə müştərilərə xidmətini təklif etdiyi halda, ölkənin bütün kəndlərini əhatə edən və hazırda 1600-ə yaxın poçt şöbəsi ilə operatorun xidmət sferası daha geniş şəbəkəyə malikdir. Poçt şöbələri tərəfindən pul göndərişləri üçün alınan rüsumun özəl banklarla müqayisədə çox aşağı olması müştərilər üçün xüsusi əhəmiyyət kəsb edir.
Digər tərəfdən də qeyd edək ki, Azərbaycan hökuməti ilə Dünya Bankı arasında bağlanmış müqaviləyə uyğun olaraq ölkənin poçt şöbələri bank və maliyyə xidmətləri (kredit istisna olmaqla) göstərir. Kənd poçt şöbələrinin kompyuterləşdirilməsi ilə xaricdən pul göndərən vətəndaşların göndərişlərinin 10-15 dəqiqə ərzində ucqar dağ kəndinə çatması xüsusi üstünlüklərdir.
Yeri gəlmişkən onu da bildirək ki, ölkəmizə göndərilən barat “Azərpoçt” MMC-nin Baratlara nəzarət şöbəsinə (BNŞ) daxil olduqdan sonra milli valyuta şəklində kompyuter vasitəsilə istənilən ünvana ötürülür. Rayonlardan isə pul baratları kompyuterlə BNŞ-yə ötürülür və oradan da təyinat ölkəsinə göndərilir.
RƏVAN
Baxış sayı: 1259
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Poçt rabitəsi nağdsız ödəniş sisteminin inkişafına kömək edəcək
- Daha sürətli pul köçürmə sisteminə qoşuluruq
- “Eurovision” qaliblərinin şərəfinə poçt markası
- “Filateliyanın inkişafında innovasiya ”
- Bir neçə rayon poçtu “Western Union” sisteminə qoşulur
- Poçt mübadiləsində yenilik
- Korporativ üslubda yeni poçt şöbələri istifadəyə veriləcək
- Poçt mübadiləsində yenilik
- Elektron poçt xidmətinin tətbiqi reallaşır
- Poçtda e-qeydiyyat sistemi
- Bütün poçt göndərişlərinin elektron qeydiyyatı aparılır
- “Azərpoçt” Qusar və Xaçmazda “səyyar qəbul”lar
- Füzuli Poçtamtı elektron poçt xidmətini həyata keçirir
- Bütün poçt şöbələri kütləvi ödənişlər üzrə mərkəzləşdirilmiş informasiya sisteminə qoşulacaq
- Poçt işçilərimiz afrikalılara dərs keçəcək