Tarix:03/08/12
“Dünyanın hər yerində, xüsusən də inkişaf etmiş ölkələrdə vətəndaşların sığorta olunması diqqət mərkəzində saxlanılır. Bura tibbi sığortadan tutmuş, mülkiyyətin və insan həyatının sığortasına qədər hər şey daxildir.
Ona görə də Avropa ölkələrində hər hansı bir insan bu problemlə üzləşəndə heç bir çətinlik yaşamır və hər şey çox asanlıqla həllini tapır. Yeni "İcbari sığorta haqqında" qanuna əsasən avtomobil sığortası zamanı həyat və sağlamlığa dəyən zərər 50 min manat və 5 min manat, əmlaka dəyən zərərə görə də 20 min manatdır.
Bir faktı da qeyd edək ki, qanuna görə, sığorta ödənişindən imtina etmək üçün heç bir hal nəzərdə tutulmayıb. Zərərçəkənlər hər bir halda zərərin əvəzini ala biləcəklər. Lakin bəzi hallarda - təqsirkar sürücü sərxoş olduqda, hadisə yerini tərk etdikdə, hadisəni qəsdən törətdikdə, onun avtonəqliyyat vasitəsini idarə etməyə hüququ olmadıqda sığortaçı zərərçəkənlərə ödəniş verdikdən sonra ödədiyi məbləğləri təqsirkar sürücüdən tələb etmək hüququna malikdir. Eləcə də icbari fərdi qəza sığortası qaydalarına da dəyişiklik edilib”, - MMC-nin məlumatında deyilir.
Həmçinin qeyd olunur ki, əvvəlki qanundan fərqli olaraq yeni qanuna əsasən sərnişin biletinin olub-olmamasından asılı olmayaraq sığorta haqqı ala bilərlər. Yəni qəza zamanı nəqliyyat vasitəsində xəsarət alan bütün sərnişinlər sığortadan faydalanacaqlar. Həmin qayda beynəlxalq və şəhərlərarası sərnişin daşınmaları xidməti göstərən hava, su, dəmiryolu və avtomobil nəqliyyatına şamil olunur. Daşınmaz əmlak üzrə minimum sığorta haqqı da müəyyənləşib.
Belə ki, "İcbari sığorta haqqında" yeni qanuna əsasən daşınmaz əmlakın sığortası zamanı sığortalanan risklərin siyahısı genişləndirilib. Məsələn, köhnə qanundan fərqli olaraq indi əmlakın icbari sığortasına fiziki şəxslərin mənzilləri, yaşayış evləri də daxildir. Bu sahədə hər bölgə üçün sığorta məbləği təyin edilib.
Belə ki, Bakı şəhəri üzrə bu məbləğ 25 min, Gəncə, Sumqayıt və Naxçıvan şəhərləri üçün 20 min, digər yerlər üçün isə 15 min təşkil edir. Sığorta haqqı isə müvafiq olaraq 50, 40, 30 manatdır. Ünvanlı sosial yardım alan şəxslərin əmlakının icbari sığortası üzrə sığorta haqları dövlət büdcəsi hesabına ödəniləcək. Yaşayış yerləri və mənzillərin "Daşınmaz əmlakın icbari sığortası" növü üzrə sığortalanması ilə bağlı vaxt məhdudiyyəti qoyulmayıb. Mənzildən istifadə hüququnu təsdiqləyən sənəd olduğu halda vətəndaş evini bu sığorta növü ilə sığortalaya bilər. "İcbari sığorta haqqında" qanunun icrasına 2011-ci il dekabrın 16-dan başlanılıb.
Xatırladaq ki, ötən ilin sonlarında Azərbaycanın poçt operatoru ilə “Atəşgah” ASC və “AtaSığorta” ASC sığorta şirkətləri arasında sığorta işinin inkişaf etdirilməsinə dair müqavilə imzalanıb.
CAHANGİR
Azərbaycanın poçt operatoruna sığorta agenti lisenziyası verilib
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən sığorta agentinin fəaliyyəti ilə bağlı "Azərpoçt" MMC-yə lisenziya verilib. “ICTnews” elektron xidməti MMC-yə istinadən bu barədə məlumat verir.“Dünyanın hər yerində, xüsusən də inkişaf etmiş ölkələrdə vətəndaşların sığorta olunması diqqət mərkəzində saxlanılır. Bura tibbi sığortadan tutmuş, mülkiyyətin və insan həyatının sığortasına qədər hər şey daxildir.
Ona görə də Avropa ölkələrində hər hansı bir insan bu problemlə üzləşəndə heç bir çətinlik yaşamır və hər şey çox asanlıqla həllini tapır. Yeni "İcbari sığorta haqqında" qanuna əsasən avtomobil sığortası zamanı həyat və sağlamlığa dəyən zərər 50 min manat və 5 min manat, əmlaka dəyən zərərə görə də 20 min manatdır.
Bir faktı da qeyd edək ki, qanuna görə, sığorta ödənişindən imtina etmək üçün heç bir hal nəzərdə tutulmayıb. Zərərçəkənlər hər bir halda zərərin əvəzini ala biləcəklər. Lakin bəzi hallarda - təqsirkar sürücü sərxoş olduqda, hadisə yerini tərk etdikdə, hadisəni qəsdən törətdikdə, onun avtonəqliyyat vasitəsini idarə etməyə hüququ olmadıqda sığortaçı zərərçəkənlərə ödəniş verdikdən sonra ödədiyi məbləğləri təqsirkar sürücüdən tələb etmək hüququna malikdir. Eləcə də icbari fərdi qəza sığortası qaydalarına da dəyişiklik edilib”, - MMC-nin məlumatında deyilir.
Həmçinin qeyd olunur ki, əvvəlki qanundan fərqli olaraq yeni qanuna əsasən sərnişin biletinin olub-olmamasından asılı olmayaraq sığorta haqqı ala bilərlər. Yəni qəza zamanı nəqliyyat vasitəsində xəsarət alan bütün sərnişinlər sığortadan faydalanacaqlar. Həmin qayda beynəlxalq və şəhərlərarası sərnişin daşınmaları xidməti göstərən hava, su, dəmiryolu və avtomobil nəqliyyatına şamil olunur. Daşınmaz əmlak üzrə minimum sığorta haqqı da müəyyənləşib.
Belə ki, "İcbari sığorta haqqında" yeni qanuna əsasən daşınmaz əmlakın sığortası zamanı sığortalanan risklərin siyahısı genişləndirilib. Məsələn, köhnə qanundan fərqli olaraq indi əmlakın icbari sığortasına fiziki şəxslərin mənzilləri, yaşayış evləri də daxildir. Bu sahədə hər bölgə üçün sığorta məbləği təyin edilib.
Belə ki, Bakı şəhəri üzrə bu məbləğ 25 min, Gəncə, Sumqayıt və Naxçıvan şəhərləri üçün 20 min, digər yerlər üçün isə 15 min təşkil edir. Sığorta haqqı isə müvafiq olaraq 50, 40, 30 manatdır. Ünvanlı sosial yardım alan şəxslərin əmlakının icbari sığortası üzrə sığorta haqları dövlət büdcəsi hesabına ödəniləcək. Yaşayış yerləri və mənzillərin "Daşınmaz əmlakın icbari sığortası" növü üzrə sığortalanması ilə bağlı vaxt məhdudiyyəti qoyulmayıb. Mənzildən istifadə hüququnu təsdiqləyən sənəd olduğu halda vətəndaş evini bu sığorta növü ilə sığortalaya bilər. "İcbari sığorta haqqında" qanunun icrasına 2011-ci il dekabrın 16-dan başlanılıb.
Xatırladaq ki, ötən ilin sonlarında Azərbaycanın poçt operatoru ilə “Atəşgah” ASC və “AtaSığorta” ASC sığorta şirkətləri arasında sığorta işinin inkişaf etdirilməsinə dair müqavilə imzalanıb.
CAHANGİR
Baxış sayı: 1572
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Poçt rabitəsi nağdsız ödəniş sisteminin inkişafına kömək edəcək
- Daha sürətli pul köçürmə sisteminə qoşuluruq
- “Eurovision” qaliblərinin şərəfinə poçt markası
- “Filateliyanın inkişafında innovasiya ”
- Bir neçə rayon poçtu “Western Union” sisteminə qoşulur
- Poçt mübadiləsində yenilik
- Korporativ üslubda yeni poçt şöbələri istifadəyə veriləcək
- Poçt mübadiləsində yenilik
- Elektron poçt xidmətinin tətbiqi reallaşır
- Poçtda e-qeydiyyat sistemi
- Bütün poçt göndərişlərinin elektron qeydiyyatı aparılır
- “Azərpoçt” Qusar və Xaçmazda “səyyar qəbul”lar
- Füzuli Poçtamtı elektron poçt xidmətini həyata keçirir
- Bütün poçt şöbələri kütləvi ödənişlər üzrə mərkəzləşdirilmiş informasiya sisteminə qoşulacaq
- Poçt işçilərimiz afrikalılara dərs keçəcək