Tarix:18/08/12
Kartların vacib üstünlüklərindən biri də xaricə gedərkən kartdakı vəsaiti bəyan etmək tələbinin olmamasıdır və beləliklə kartdakı pul vəsaiti sərhədi məhdudiyyətsiz keçir. Plastik kartların köməyilə hər hansı xərcləri, istər adi bir geyim əşyası olsun, istərsə də restoranda şam yeməyinin haqqını rahatlıqla ödəyə bilərsiniz.
Mərkəzi Bank tərəfindən bank-maliyyə xidmətlərinin göstərilməsi üçün "Azərpoçt" MMC-yə verilmiş lisenziyaya əsasən, eləcə də, Azərbaycan Respublikasında İqtisadiyyatın hərtərəfli inkişafına yönəldilmiş sosial-iqtisadi strategiyaya uyğun olaraq, iqtisadiyyatda nağd hesablaşmaların həcminin azaldılması, nağdsız hesablaşmaların həcminin artırılması siyasətini nəzərə alaraq "Azərpoçt" MMC plastik kartların emissiyası vasitəsilə Azərbaycan Respublikasının banklar bazarının mühüm tərkib hissələrindən biri olan plastik kartlar bazarına inteqrasiya etməyi nəzərdə tutur.
Bu məqsədlə müəssisə tərəfindən "MilliKart" MMC prossesinq mərkəzi ilə qarşılıqlı əməkdaşlığa dair müqavilə imzalanıb. Hal-hazırda "MilliKart" MMC prossesinq mərkəzi ilə "Azərpoçt" MMC-nin korporativ-informasiya sistemi arasında qarşılıqlı əlaqənin yaradılması tam olaraq başa çatıb.
İlk mərhələdə plastik kartlar vasitəsilə aylıq əmək haqlarının ödənilməsi, ikinci mərhələdə əhalinin sosial müavinətlərinin verilməsi planlaşdırılır. Hal-hazırda 5000-ə yaxın əmək haqqı kartı "Azərpoçt" MMC tərəfindən emissiya edilərək MMC-nin müştərilərinə, (hüquqi və fiziki şəxslərə) Bakı şəhərində, Baş idarənin işçi heyətinə, tabeçiliyimizdə olan Texniki Xidmət Mərkəzinin, "Azərekspresspoçt" RM-nin, Bakı-2 şöbəsinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin, Poçt Daşıma Mərkəzinin, 1, 2, 3, 4, 5, 6 saylı PF-lərin və "Azərmarka" şirkətinin, Gəncə şəhərində Gəncə PF-nin, Gəncə Təmizlik İdarəsinin, Gəncə MKTİB-nin, Gəncə TTİ, Gəncə Yaşıllaşdırma İdarəsinin, Qax və Lerik rayonlarında PF-lərin işçi heyətlərinə təqdim olunub. Bununla yanaşı, Astara, Qax, Lerik, Samux rayonlarında nağd pulun verilməsi üçün POS-terminallar quraşdırılıb. NÖVBƏTİ MƏRHƏLƏ İkinci mərhələdə əhalinin sosial müavinətlərinin verilməsi planlaşdırılır.
Artıq bu sahədə təməl olaraq regionda – Lerik rayonu Çayrud kəndində MMC-yə məxsus POS-terminal yerləşdirilib, sınaq olaraq 10 nəfər Çayrud kənd sakini sosial müavinətlərini plastik kartlarla əldə ediblər ki, bu da onların əlavə vaxt itirmədən rayon mərkəzinə getməsinin, əlavə xərc çəkməsinin qarşısının alınmasına şərait yaradılıb. Alınan müsbət nəticə, müştəri məmnunluğu və "Azərpoçt" MMC-nin respublikanın hər yerini əhatə edən geniş şəbəkəsinin olması yaxın günlərdə DSMF ilə danışıqların müsbət yekunlaşmasına şərait yaradır.
Bundan başqa "Azərpoçt" MMC-nin əsas müştəriləri kimi böyük dövlət təşkilatlarının və digər biznes subyektlərinin olacağı hədəflənir. Onu da qeyd etmək lazımdır ki, "Azərpoçt" MMC-nin hədəflədiyi müştəri seqmenti böyük həcmdə əmək haqqı və ən başlıcası MMC tabeliyində olan Azərbaycanın bütün regionları və rayonlarında yerləşən PF və RPF-lər, digər ödənişlərin həyata keçirilməsi ilə məşğul olan təşkilatlar olduğundan, müəssisə bu ilin sonunadək 70 000-ə yaxın plastik kartın emissiyasını planlaşdırır.
Şirkət və təşkilatların plastik kartlar vasitəsilə maaşların verilməsi aşağıdakı göstərilən imkanları verir:
• Təşkilatlarda nağd pul dövriyyəsini minimuma endirmək
• Kassa və mühasibat prosedurlarını sadələşdirmək
• Şirkətin və təşkilatın müasir imicini formalaşdırmaq
• Maaşların verilməsini tezləşdirmək
• Böyük məbləğlərin daşınması ilə bağlı risklərin olmaması
• Ödəmələrdə məxfiliyin qorunması
DANIŞIQLAR DAVAM ETDİRİLİR
"Azərpoçt" MMC müştərilərinin Beynəlxalq ödəniş sisteminin imkanlarından yararlanması məqsədi ilə "Visa İnternational" Beynəlxalq ödəniş sisteminin Moskva nümayəndəliyi ilə danışıqlar davam etdirilir və yaxın gələcəkdə qoşulma prosesinin başlanması nəzərdə tutulub.
"MasterCard" Beynəlxalq ödəniş sisteminin Türkiyə ofisi ilə danışıqlar müsbət nəticələnib. Hal-hazırda "Azərpoçt" MMC-nin "MasterCard" beynəlxalq ödəniş sisteminə qoşulması prosesi müvəffəqiyyətlə yekunlaşıb və 10 fevral 2012-ci il tarixindən etibarən MC loqolu plastik kartların emissiyasına və bütün MC loqolu plastik kartların terminalların ekvayrinqinə başlanılıb.
Müştərilərin istək və arzularına uyğun olaraq "MasterCard" loqolu plastik kartlar "MC Maestro", "MC Standard", "MC Gold", "MC Platinium" olaraq təsnifləndirilib. ATM və POS-terminal Bununla yanaşı, "Azərpoçt" MMC öz müştərilərinə POS-terminallar (7 ədəd) və ATM-lər (11 ədəd) vasitəsilə xidmət göstərir. "Azərpoçt" MMC-yə məxsus ATM Bakı və Gəncə şəhərlərində, POS-terminallar isə Bakı, Gəncə şəhəri, Lerik, Astara, Qax və Samux rayon mərkəzlərində yerləşdirilmişdir.
POS-terminal (ingiliscə Point of Sale Terminal - ticarət nöqtələrinin terminalı) kartın maqnit zolağından və ya mikroçipindən informasiyanı oxumağa, bank kartı üzrə əməliyyatların aparılması məqsədilə avtorizasiya üçün bankla əlaqə saxlamağa imkan verən elektron qurğudur. Müstəqil işləyən bankomatdan fərqli POS-terminal xəzinədar vasitəsilə xidmət göstərir.
Vətəndaşların ödənişləri kart vasitəsilə həyata keçirmələri, yəni ticarət və xidmət obyektlərində nağdsız ödənişlərin xüsusi çəkisinin artırılması məqsədilə POS-terminallar çoxaldılıb. Hazırda kommersiya bankları təsərrüfat subyektlərində POS-terminalların quraşdırılmasında sərbəstdirlər.
Təsərrüfat subyekti POS-terminalların quraşdırılması üçün POS-terminal quraşdıran istənilən bank ekvayerə (POS-terminalın təsərrüfat subyektində quraşdırılmasını təmin etmiş və POS-terminal vasitəsilə əməliyyatların həyata keçirilməsi üçün təsərrüfat subyektinə bank hesabı açmış bank) müraciət edərək xidmət haqlarını və müqavilənin şərtlərini razılaşdırdıqdan sonra müvafiq bank ilə müqavilə bağlayır.
Bağlanacaq müqaviləyə əsasən POS-terminalın mülkiyyətçisi bank ekvayer və yaxud təsərrüfat subyekti ola bilər. Bank ekvayer terminalın istifadəçisinə təsərrüfat subyektinin fəaliyyət növündən asılı olaraq POS-terminalda ödəniş kartları vasitəsilə əməliyyatların aparılması, beynəlxalq ödəniş kartlarının xüsusiyyətləri və saxta kartların müəyyənləşdirilməsi üzrə təsərrüfat subyektinin əməkdaşlarını (kassirləri) təlimatlandırır. Bank ekvayer POS-terminalın quraşdırılması və terminala xidmət göstərilməsinə dair kart prosessinq mərkəzi (KPM) ilə bağladığı müqaviləyə uyğun POS-terminal quraşdırılacaq təsərrüfat subyekti haqqında məlumatları KPM-ə təqdim edir.
KPM POS-terminalın quraşdırıldığı vaxtdan etibarən l (bir) iş günü müddətində terminalın Vergilər Nazirliyində qeydiyyata alınması və qeydiyyat nömrəsinin əldə edilməsi üçün müvafiq məlumatları Vergilər Nazirliyinə göndərir.
Nazirlik isə öz növbəsində l (bir) iş günü müddətində terminalın qeydiyyat nömrəsini KPM-ə göndərir. Qeydiyyat nömrəsi alındıqdan sonra KPM 2 (iki) iş günü müddətində müvafiq məlumatları özündə əks etdirən terminalın qeydiyyat vərəqəsini bank ekvayerə göndərir.
Bank ekvayer xidmət mərkəzindən aldığı terminalın qeydiyyat vərəqəsinin əslini 3 (üç) iş günü müddətində təsərrüfat subyektinə göndərir. Təsərrüfat subyekti qeydiyyat vərəqəsini aldıqdan sonra terminalda əməliyyatların aparılmasına başlayır. Məlumat üçün bildirək ki, hazırda ölkədə fəaliyyət göstərən 43 bankdan 35-i POS-terminal vasitəsi ilə ödəniş həyata keçirir. Öz növbəsində "Azərpoçt" MMC-də 2012-ci il üçün ATM-lərin sayının 20-yə çatdırılması və regionlarda POS-terminalların sayının artırılması planlaşdırılır.
R. SOLTANOV
“Azərpoçt” MMC daha dörd rayonda POS-terminal qurdu
Nağd pul vəsaitləri öz yerini plastik kartlara verməkdədir. Artıq nağd pulların qorunmasına görə narahat olmağa dəyməz. Plastik kartların yüksək müdafiə dərəcəsi olduğundan onların istifadəsi nağd pul istifadəsindən daha etibarlıdır.Kartların vacib üstünlüklərindən biri də xaricə gedərkən kartdakı vəsaiti bəyan etmək tələbinin olmamasıdır və beləliklə kartdakı pul vəsaiti sərhədi məhdudiyyətsiz keçir. Plastik kartların köməyilə hər hansı xərcləri, istər adi bir geyim əşyası olsun, istərsə də restoranda şam yeməyinin haqqını rahatlıqla ödəyə bilərsiniz.

Baxış sayı: 1184
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Poçt rabitəsi nağdsız ödəniş sisteminin inkişafına kömək edəcək
- Daha sürətli pul köçürmə sisteminə qoşuluruq
- “Eurovision” qaliblərinin şərəfinə poçt markası
- “Filateliyanın inkişafında innovasiya ”
- Bir neçə rayon poçtu “Western Union” sisteminə qoşulur
- Poçt mübadiləsində yenilik
- Korporativ üslubda yeni poçt şöbələri istifadəyə veriləcək
- Poçt mübadiləsində yenilik
- Elektron poçt xidmətinin tətbiqi reallaşır
- Poçtda e-qeydiyyat sistemi
- Bütün poçt göndərişlərinin elektron qeydiyyatı aparılır
- “Azərpoçt” Qusar və Xaçmazda “səyyar qəbul”lar
- Füzuli Poçtamtı elektron poçt xidmətini həyata keçirir
- Bütün poçt şöbələri kütləvi ödənişlər üzrə mərkəzləşdirilmiş informasiya sisteminə qoşulacaq
- Poçt işçilərimiz afrikalılara dərs keçəcək