Tarix:29/08/12
G.Rzayev poçt işçilərinin müştərilərə 30 növdən çox xidmət göstərdiklərini bildirib. Yeni texnologiyaların poçt rabitəsinə tətbiqi ilə müasir poçt rabitəsinə keçid poçtamtın kollektivinə yeni bir stimul verib. Maliyyə xidmətləri ilə əlaqədar olaraq “Western Union” pul köçürməsi, DYP cərimələrinin qəbulu, “ATASığorta”, “Atəşgah” sığorta şəhadətnamələrinin satışı təşkil edilərək vergi haqlarının yığılmasına hazırlıq işləri aparılır.
G.Rzayev İran İslam Respublikası ilə aparılan beynəlxalq poçt mübadiləsinin daha keyfiyyətli şəkildə təşkilinin daim diqqət mərkəzində saxlanıldığını dedi. Uğurla kifayətlənmədiklərini deyən rəis daha böyük nailiyyətlər əldə etmək üçün səylərini artırdıqlarını bildirdi.
Poçtamtın işçiləri mətbuat və poçt göndərişlərinin, sürətli pul baratlarının, teleqramların təlimata uyğun yüksək səviyyədə çatdırılmasını təmin edir.
Rəis Astara Poçt filialı kollektivinin 2012-ci ilin tarif gəliri proqnozunu 2012-ci ilin dekabr ayının 10-dək yerinə yetirmək üçün bütün imkanlardan istifadə edəcəklərini bildirdi.
RƏVAN
Astara poçtamtında yeni texnologiyalar tətbiq edilib
Astarada poçt rabitəsi sahəsində yeniliklər həyata keçirilir. Poçtamtın rəisi Gülağa Rzayev bildirib ki, bütün poçt şöbələri müasir avadanlıqlar və mebel dəstləri ilə təmin edilib. Bir müştəri xidmətləri şöbəsi, üç şəhər və 15 kənd poçt şöbəsi ilə əhaliyə ənənəvi poçt xidmətləri ilə yanaşı, bank və maliyyə xidmətləri təqdim edilir. Maliyyə xidmətlərinin inkişafı layihəsinə uyğun olaraq müştəri xidmətləri şöbəsi, 1 və 2 saylı şəhər poçt şöbələrində avadanlıqlar quraşdırılıb. Adıçəkilən poçt şöbələrində qaz, elektrik enerjisi haqlarının yığımı yeni sistemlə qəbul edilir.G.Rzayev poçt işçilərinin müştərilərə 30 növdən çox xidmət göstərdiklərini bildirib. Yeni texnologiyaların poçt rabitəsinə tətbiqi ilə müasir poçt rabitəsinə keçid poçtamtın kollektivinə yeni bir stimul verib. Maliyyə xidmətləri ilə əlaqədar olaraq “Western Union” pul köçürməsi, DYP cərimələrinin qəbulu, “ATASığorta”, “Atəşgah” sığorta şəhadətnamələrinin satışı təşkil edilərək vergi haqlarının yığılmasına hazırlıq işləri aparılır.
G.Rzayev İran İslam Respublikası ilə aparılan beynəlxalq poçt mübadiləsinin daha keyfiyyətli şəkildə təşkilinin daim diqqət mərkəzində saxlanıldığını dedi. Uğurla kifayətlənmədiklərini deyən rəis daha böyük nailiyyətlər əldə etmək üçün səylərini artırdıqlarını bildirdi.
Poçtamtın işçiləri mətbuat və poçt göndərişlərinin, sürətli pul baratlarının, teleqramların təlimata uyğun yüksək səviyyədə çatdırılmasını təmin edir.
Rəis Astara Poçt filialı kollektivinin 2012-ci ilin tarif gəliri proqnozunu 2012-ci ilin dekabr ayının 10-dək yerinə yetirmək üçün bütün imkanlardan istifadə edəcəklərini bildirdi.
RƏVAN
Baxış sayı: 1463
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Poçt rabitəsi nağdsız ödəniş sisteminin inkişafına kömək edəcək
- Daha sürətli pul köçürmə sisteminə qoşuluruq
- “Eurovision” qaliblərinin şərəfinə poçt markası
- “Filateliyanın inkişafında innovasiya ”
- Bir neçə rayon poçtu “Western Union” sisteminə qoşulur
- Poçt mübadiləsində yenilik
- Korporativ üslubda yeni poçt şöbələri istifadəyə veriləcək
- Poçt mübadiləsində yenilik
- Elektron poçt xidmətinin tətbiqi reallaşır
- Poçtda e-qeydiyyat sistemi
- Bütün poçt göndərişlərinin elektron qeydiyyatı aparılır
- “Azərpoçt” Qusar və Xaçmazda “səyyar qəbul”lar
- Füzuli Poçtamtı elektron poçt xidmətini həyata keçirir
- Bütün poçt şöbələri kütləvi ödənişlər üzrə mərkəzləşdirilmiş informasiya sisteminə qoşulacaq
- Poçt işçilərimiz afrikalılara dərs keçəcək