12px13px15px17px
Tarix:24/05/11

Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur

Bu gün Biznes Mərkəzində Azərbaycan Respublikasının Mərkəzi Bankı elektron ticarət üzrə ixtisaslaşan xarici şirkətlərlə ilə birlikdə ölkəmizdə ticari ekvayrinqin inkişafı üzrə 2-ci “dəyirmi masa” keçirilib. Tədbirin keçirilməsində məqsəd Azərbaycanda ödəniş kartları bazarında mövcud vəziyyətin qiymətləndirilməsi, nağdsız ödəniş alətlərindən istifadənin genişlənməsi və bu istiqamətdə olan problemlər, beynəlxalq təcrübənin, o cümlədən ölkədə ekvayrinq biznesinin inkişafı istiqamətində mümkün tədbirlərin genişləndirilməsidir. Tədbirdə ayrı-ayrı hökumət, şirkət və biznes strukturlarının nümayəndələri iştirak edib.
Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin birinci müavini Alim Quliyev son illər elektron ödəniş sistemləri infrastrukturunun yaradılması və inkişafı istiqamətində Mərkəzi Bank tərəfindən əhəmiyyətli layihələr həyata keçirildiyini bildirib. Prezident İlham Əliyevin bu sahəyə olan diqqət və qayğısı nəticəsində Azərbaycanda Elektron Hökumətin ayrı-ayrı komponentlərinin, o cümlədən elektron ticarətin inkişaf etməyə başladığını bildirən A.Quliyev tədbirdə bu sahədə olan məsələlərin müzakirə edildiyini qeyd edib. «Hesab edirik ki, ölkədə “nağdsız cəmiyyət”in formalaşdırılması istiqamətində mühüm nailiyyətlərin əldə edilməsi üçün aidiyyəti dövlət qurumları, beynəlxalq kart təşkilatları və Mərkəzi Bank tərəfindən bank sisteminin bütün resursları cəlb edilməklə kompleks tədbirlər həyata keçirilməlidir. Əhali arasında elektron ödəniş xidmətlərindən və nağdsız ödəniş alətlərindən istifadə vərdişlərinin aşılanması üçün maarifləndirmə işi sürətləndirilməlidir».
“Visa” şirkətinin Rusiya, MDB ölkələri və Cənub-Şərqi Avropa ölkələri üzrə Baş direktoru Stiven Parker elektron ticarətin müxtəlif dünya ölkələrinin sosial-iqtisadi sisteminin inkişafına təsirindən danışıb.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndəsi Dünya Bankı ilə Azərbaycan Hökumətinin birgə həyata keçirdiyi “Maliyyə xidmətlərinin inkişafı ” layihəsi barədə geniş məruzə ilə çıxış edib.





Baxış sayı: 6916

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Dekabr 2024

21 12 2024