12px13px15px17px
Tarix:05/10/12

“Binə” ticarət mərkəzinin poçt şöbəsində “Western Union” xidməti tətbiq ediləcək

“Binə” ticarət mərkəzində 5 saylı Poçt filialının 86 saylı poçt şöbəsi tərəfindən  vətəndaşlara  bütün poçt xidmətləri göstərilməsi imkanlığı var. Bu barədə “ICTnews” elektron xəbər xidmətinə məlumatı filialın rəisi Qurban Hacıyev  verib. Onun sözlərinə görə, bir qədər əvvəl istifadəyə verilən poçt şöbəsi kompüterləşdirildiyindən burada bütün xidmətlərin göstərilməsi həyata keçirilir.”Poçt şöbəsinə maraq böyükdür.

Burada çalışan vətəndaşlar telefon və kommunal haqlarını poçt şöbəsində ödəməklə işdən sonra paytaxtın poçt şöbələrinə getmək kimi əlavə problemdən yaxa qurtarıblar.Yaxın günlərdə poçt şöbəsində beynəlxalq pulköçürmə sistemi “Wesern Union” xidmətinin tətbiqinə başlanılacaq ki, bu da dünyanın istənilən yerinə pul göndərmək və qəbul etmək kimi üstünlüklər yaradacaq”- deyə filial rəisi bildirdi. O, daha sonra qeyd edib ki, poçt şöbəsində maliyyə xidmətlərinin göstərilməsi istiqamətində ilk xidmət kimi valyutadəyişmə məntəqəsi də fəaliyyətə başlayıb.

“Azərpoçt” MMC gələcəkdə bu poçt şöbəsinin bazasında yüklərin daşınması xidmətlərinin göstərilməsini tətbiq edə bilər.

RƏVAN 




Baxış sayı: 1058

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024