12px13px15px17px
Tarix:19/11/12

“Azərekspresspoçt” elektron sifarişləri də lazımi ünvana çatdırmağa başlayıb

“Azərekspresspoçt” rabitə müəssisəsi 6 dekabr - rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı ərəfəsində elektron ticarət xidmətini təkmilləşdirməyi planlaşdırır. Bu barədə müəssisədən verilən məlumatda bildirilir. Məlumatda qeyd edilir ki, müəssisənin saytında (www.azems.az/) yaradılan “elektron ticarət” bölməsi istifadəçilərin böyük marağına səbəb olub.

Belə  ki, istifadəçilər səhifədə yerləşdirilmiş internet mağazalarından istənilən malı seçə, müxtəlif üsullarla ödənişlər edə və seçdikləri çeşidi “Azərekspresspoçt”un unikal beynəlxalq və daxili EMS (sürətli poçt rabitəsi xidmətləri) şəbəkəsi vasitəsi ilə Azərbaycanda istənilən ünvana qısa zamanda, aşağı qiymətlərlə, etibarlı və təminatlı çatdırılmasını sifariş verə bilərlər” məlumatda bildirilir.Qeyd edək ki, “Azərekspresspoçt”un yeni xidmətləri bankları da özünə cəlb edib.




RƏVAN




Baxış sayı: 1733

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024