Tarix:27/12/12
Həmin mövzu üzrə qalib elan edilmiş inşa yazısı Azərbaycan Respublikası adından Ümumdünya Poçt İttifaqının mərkəzi ofisinə (Bern şəhərinə) göndəriləcək.
ÜPİ-nin beynəlxalq nüfuzlu təşkilat olduğunu nəzərə alaraq Azərbaycan məktəblilərinin onların təklif etdiyi müsabiqədə yaxından iştirak etmələri dövlətimiz üçün əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq 3 (üç) mövzu ilə inşa müsabiqəsinə start verilib. Birinci mövzu Ümumdünya Poçt İttifaqı, ikinci mövzu Təhsil Nazirliyi və üçüncü mövzu isə "Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təklif edilib.
Müsabiqənin mövzuları və mükafat fondu aşağıdakı kimidir:
1.Kiməsə məktub yaz və izah et ki, nəyə görə su qiymətli həyat mənbəyidir (15 yaşa qədər olan məktəblilər)
2. Ana dilimiz Azərbaycan xalqının ən böyük milli sərvətidir.
3. Vətən qəhrəmanları ilə tanınır.
"Azərpoçt" MMC-nin tabeliyində olan Poçt filiallarına müraciət olunaraq, tabeliklərində olan poçt şöbələrinin xidmət ərazisində, məktəblərdə pedaqoji heyət və məktəblilər arasında təbliğat işlərinin genişləndirilməsi, inşa yazılarının sayının artırılması məqsədilə müsabiqənin mövzuları, şərtləri barədə ətraflı məlumatların verilməsinin təmin olunması və inşa yazılarının artırılmasına səy göstərilməsi onlara tapşırılıb.
Müsabiqə başlanandan bu günə qədər MMC-yə 2900 inşa yazısı daxil olub. Müsabiqəyə təqdim edilən inşa yazıları 01.03.2012-ci il tarixinə qədər Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi 36, "Azərpoçt" MMC (indeks:AZ1000) göndərilməlidir.
Azərbaycan, rus və yaxud ingilis dillərindən birində yazılacaq inşaların həcmi 500-dən 800 sözədək olmalıdır.
RƏVAN
Ümumdünya Poçt İttifaqı epistolyar inşa müsabiqəsi üçün mövzu təqdim edib
Hər il olduğu kimi, bu il də Ümumdünya Poçt İttifaqı (ÜPİ) bütün poçt müdiriyyətlərinə məktəblilər arasında ölkənin Təhsil Nazirliyinin iştirakı ilə epistolyar inşa müsabiqəsinin keçirilməsini tövsiyə edərək keçiriləcək müsabiqəyə mövzu təqdim edib.Həmin mövzu üzrə qalib elan edilmiş inşa yazısı Azərbaycan Respublikası adından Ümumdünya Poçt İttifaqının mərkəzi ofisinə (Bern şəhərinə) göndəriləcək.
ÜPİ-nin beynəlxalq nüfuzlu təşkilat olduğunu nəzərə alaraq Azərbaycan məktəblilərinin onların təklif etdiyi müsabiqədə yaxından iştirak etmələri dövlətimiz üçün əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq 3 (üç) mövzu ilə inşa müsabiqəsinə start verilib. Birinci mövzu Ümumdünya Poçt İttifaqı, ikinci mövzu Təhsil Nazirliyi və üçüncü mövzu isə "Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təklif edilib.
Müsabiqənin mövzuları və mükafat fondu aşağıdakı kimidir:
1.Kiməsə məktub yaz və izah et ki, nəyə görə su qiymətli həyat mənbəyidir (15 yaşa qədər olan məktəblilər)
2. Ana dilimiz Azərbaycan xalqının ən böyük milli sərvətidir.
3. Vətən qəhrəmanları ilə tanınır.
"Azərpoçt" MMC-nin tabeliyində olan Poçt filiallarına müraciət olunaraq, tabeliklərində olan poçt şöbələrinin xidmət ərazisində, məktəblərdə pedaqoji heyət və məktəblilər arasında təbliğat işlərinin genişləndirilməsi, inşa yazılarının sayının artırılması məqsədilə müsabiqənin mövzuları, şərtləri barədə ətraflı məlumatların verilməsinin təmin olunması və inşa yazılarının artırılmasına səy göstərilməsi onlara tapşırılıb.
Müsabiqə başlanandan bu günə qədər MMC-yə 2900 inşa yazısı daxil olub. Müsabiqəyə təqdim edilən inşa yazıları 01.03.2012-ci il tarixinə qədər Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi 36, "Azərpoçt" MMC (indeks:AZ1000) göndərilməlidir.
Azərbaycan, rus və yaxud ingilis dillərindən birində yazılacaq inşaların həcmi 500-dən 800 sözədək olmalıdır.
RƏVAN
Baxış sayı: 2085
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Poçt rabitəsi nağdsız ödəniş sisteminin inkişafına kömək edəcək
- Daha sürətli pul köçürmə sisteminə qoşuluruq
- “Eurovision” qaliblərinin şərəfinə poçt markası
- “Filateliyanın inkişafında innovasiya ”
- Bir neçə rayon poçtu “Western Union” sisteminə qoşulur
- Poçt mübadiləsində yenilik
- Korporativ üslubda yeni poçt şöbələri istifadəyə veriləcək
- Poçt mübadiləsində yenilik
- Elektron poçt xidmətinin tətbiqi reallaşır
- Poçtda e-qeydiyyat sistemi
- Bütün poçt göndərişlərinin elektron qeydiyyatı aparılır
- “Azərpoçt” Qusar və Xaçmazda “səyyar qəbul”lar
- Füzuli Poçtamtı elektron poçt xidmətini həyata keçirir
- Bütün poçt şöbələri kütləvi ödənişlər üzrə mərkəzləşdirilmiş informasiya sisteminə qoşulacaq
- Poçt işçilərimiz afrikalılara dərs keçəcək