12px13px15px17px
Tarix:27/12/12

Füzuli rayonunda poçt şöbələri istifadəyə verilib

Füzuli rayonunun Babı və Böyük Bəhmənli kəndlərində yeni poçt şöbələri istifadəyə verilib. Rayon rəhbərliyinin və kənd sakinlərinin iştirakı ilə keçirilən açılış mərasimində çıxış edənlər cəbhə bölgəsində yerləşən yaşayış məntəqələrində yeni poçt şöbələrinin istifadəyə verilməsini yüksək dəyərləndirərək göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyev cənablarına minnətdarlıqlarını bildiriblər. Bu poçt şöbələrində məktub, bağlama və banderolların, teleqramların, poçt pul baratlarının qəbulu və göndərilməsi, poçt markalarının satışı, sürətli poçt xidmətləri, dövri mətbuatın abunəsi və çatdırılması, enerji daşıyıcılarının və digər kommunal xidmət haqlarının yığılması, dünyanın istənilən ölkəsinə sürətli pul köçürmələri, şəhərlərarası telefon danışıq haqlarının ödənilməsi xidmətlərinin həyata keçirilməsi ilə yanaşı, bank və maliyyə xidmətlərinin göstərilməsinə şərait yaradılıb. Füzuli Poçt Filialı hərbi hissələrə də bütün poçt xidmətləri göstərir. Onlara göndərilən poçt göndərişləri vaxtlı-vaxtında onlara çatdırılır.

"Rabitə dünyası" qəzetinin müxbiri ilə birlikdə Füzuli Poçtamtının kollektivi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində birbaşa düşmənlə üzbəüz mövqelərdə xidmət edən əsgərlərlə görüşlər keçirərək onlara bayram sovqatı təqdim ediblər.

 6 dekabr rabitə işçilərinin peşə bayramı ərəfəsində illik plan və tapşırıqları 101 faiz yerinə yetirərək adını öncüllər sırasına yazdırıb.

Bütün çətinliklərə baxmayaraq Füzuli Poçtamtı Respublika Poçtunda ilklərə birinci nail olanlardandır. Belə ki, Poçt Filialı respublikada ilk elektron poçt xidmətini tətbiq edən poçtamtdır.

Rəvan



Baxış sayı: 1537

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024