Tarix:10/01/13
Sertifikatlaşma prosesi müxtəlif mərhələlərdə qiymətləndirmə yolu ilə aparılır və hər mərhələdə tələb olunan kriteriyalara cavab verən poçt operatoru növbəti mərhələdə iştirak etmək hüququ əldə edir. Sonuncu – 5-ci mərhələdən də uğurla keçən poçt operatoruna əldə olunan nəticələrə uyğun olaraq yığılmış ballar əsasında A (qızıl), B (gümüş) və ya C (bürünc) səviyyəli sertifikat verilir.
Azərbaycan Poçt Operatoru - "Azərpoçt" MMC 2012-ci ilin may ayında ÜPİ-nin təşkil etdiyi keyfiyyətin idarə edilməsi üzrə sertifikatlaşmada iştirak etmək barədə həmin təşkilata rəsmi qaydada müraciət etmiş və ÜPİ-nin müəyyən etdiyi müvafiq mərhələlərdən uğurla keçdikdən sonra 2012-ci ilin 29 oktyabr - 03 noyabr tarixlərində ÜPİ-nin eksperti Azərbaycana ezam edilib. ÜPİ-nin eksperti tərəfindən "Azərpoçt" MMC-də audit yoxlaması keçirilmiş və Azərbaycan poçtunun ÜPİ-nin keyfiyyətin idarə olunması üzrə müəyyən etdiyi tələb və şərtlərə tam cavab verdiyi müəyyən edilmiş, mümkün olan 2000 baldan 1912 bal toplaya bilib.
Bu günlərdə ÜPİ-nin Beynəlxalq Bürosunun baş direktorunun imzası ilə "Azərpoçt" MMC-yə daxil olan məktubda bildirilib ki, bu təşkilatın Keyfiyyətin Yaxşılaşdırılması Komitəsi tərəfindən audit yoxlamasının nəticələri təsdiqlənmiş və "Azərpoçt" MMC qızıl səviyyəli sertifikata layiq görülüb.
ÜPİ-nin cari ilin aprel ayında keçirilməsi nəzərdə tutulan yaz sessiyasının Plenar iclaslarında bu sertifikatın Azərbaycan nümayəndəsinə rəsmi qaydada təntənəli şəkildə təqdim olunması nəzərdə tutulub. Məlumat üçün bildiririk ki, indiyə kimi ÜPİ-nin A (qızıl) səviyyəli sertifikatına Azərbaycandan başqa Ukrayna, Belarus və Moldova, B (gümüş) səviyyəli sertifikata isə Qazaxıstan və Rusiya layiq görülüb.
RƏVAN
“Azərpoçt” MMC ÜPİ-nin qızıl səviyyəli keyfiyyət sertifikatına layiq görülüb
192 ölkə ilə təmsil olunan Ümumdünya Poçt İttifaqı (ÜPİ) 2004-cü ildən başlayaraq üzv ölkələri arasında göstərilən poçt xidmətlərinin müəyyən edilmiş standart və şərtlərə uyğunluğunu dəyərləndirmək məqsədi ilə keyfiyyətin idarə edilməsi üzrə sertifikatlaşma aparır. 2004-cü ildən 2012-ci ilə qədər bu sertifikatlaşmada cəmi 51 ölkənin təyin olunmuş poçt operatoru iştirak edib.Sertifikatlaşma prosesi müxtəlif mərhələlərdə qiymətləndirmə yolu ilə aparılır və hər mərhələdə tələb olunan kriteriyalara cavab verən poçt operatoru növbəti mərhələdə iştirak etmək hüququ əldə edir. Sonuncu – 5-ci mərhələdən də uğurla keçən poçt operatoruna əldə olunan nəticələrə uyğun olaraq yığılmış ballar əsasında A (qızıl), B (gümüş) və ya C (bürünc) səviyyəli sertifikat verilir.
Azərbaycan Poçt Operatoru - "Azərpoçt" MMC 2012-ci ilin may ayında ÜPİ-nin təşkil etdiyi keyfiyyətin idarə edilməsi üzrə sertifikatlaşmada iştirak etmək barədə həmin təşkilata rəsmi qaydada müraciət etmiş və ÜPİ-nin müəyyən etdiyi müvafiq mərhələlərdən uğurla keçdikdən sonra 2012-ci ilin 29 oktyabr - 03 noyabr tarixlərində ÜPİ-nin eksperti Azərbaycana ezam edilib. ÜPİ-nin eksperti tərəfindən "Azərpoçt" MMC-də audit yoxlaması keçirilmiş və Azərbaycan poçtunun ÜPİ-nin keyfiyyətin idarə olunması üzrə müəyyən etdiyi tələb və şərtlərə tam cavab verdiyi müəyyən edilmiş, mümkün olan 2000 baldan 1912 bal toplaya bilib.
Bu günlərdə ÜPİ-nin Beynəlxalq Bürosunun baş direktorunun imzası ilə "Azərpoçt" MMC-yə daxil olan məktubda bildirilib ki, bu təşkilatın Keyfiyyətin Yaxşılaşdırılması Komitəsi tərəfindən audit yoxlamasının nəticələri təsdiqlənmiş və "Azərpoçt" MMC qızıl səviyyəli sertifikata layiq görülüb.
ÜPİ-nin cari ilin aprel ayında keçirilməsi nəzərdə tutulan yaz sessiyasının Plenar iclaslarında bu sertifikatın Azərbaycan nümayəndəsinə rəsmi qaydada təntənəli şəkildə təqdim olunması nəzərdə tutulub. Məlumat üçün bildiririk ki, indiyə kimi ÜPİ-nin A (qızıl) səviyyəli sertifikatına Azərbaycandan başqa Ukrayna, Belarus və Moldova, B (gümüş) səviyyəli sertifikata isə Qazaxıstan və Rusiya layiq görülüb.
RƏVAN
Baxış sayı: 899
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Poçt rabitəsi nağdsız ödəniş sisteminin inkişafına kömək edəcək
- Daha sürətli pul köçürmə sisteminə qoşuluruq
- “Eurovision” qaliblərinin şərəfinə poçt markası
- “Filateliyanın inkişafında innovasiya ”
- Bir neçə rayon poçtu “Western Union” sisteminə qoşulur
- Poçt mübadiləsində yenilik
- Korporativ üslubda yeni poçt şöbələri istifadəyə veriləcək
- Poçt mübadiləsində yenilik
- Elektron poçt xidmətinin tətbiqi reallaşır
- Poçtda e-qeydiyyat sistemi
- Bütün poçt göndərişlərinin elektron qeydiyyatı aparılır
- “Azərpoçt” Qusar və Xaçmazda “səyyar qəbul”lar
- Füzuli Poçtamtı elektron poçt xidmətini həyata keçirir
- Bütün poçt şöbələri kütləvi ödənişlər üzrə mərkəzləşdirilmiş informasiya sisteminə qoşulacaq
- Poçt işçilərimiz afrikalılara dərs keçəcək