12px13px15px17px
Tarix:25/01/13

MDB-də ilk dəfə olaraq Azərbaycan poçt administrasiyası beynəlxalq sifarişli poçt göndərişlərinin izləmə və sorğu sisteminə qoşulub

"Azərpoçt" MMC beynəlxalq bağlamaların axtarışına dair Ümumdünya Poçt İttifaqının (ÜPİ) "Cricket" sorğu sistemi vasitəsilə hazırda dünyanın 149 ölkəsi ilə əməkdaşlıq edir."Azərpoçt" MMC dünyanın 79 ölkəsi ilə beynəlxalq sifarişli poçt göndərişlərinə dair operativ elektron sorğu sistemindən istifadə edir.

MDB ölkələri içərisində ilk dəfə olaraq Azərbaycan poçt administrasiyası beynəlxalq sifarişli poçt göndərişlərinin izləmə və sorğu sisteminə qoşulub. 2012-ci il ərzində respublikadaxili köçürmələr üzrə 1 147 250 ədəd pul baratı qəbul edilib, 1 146 715 ədəd pul baratı isə ödənilib. 2011-ci illə müqayisədə qəbul edilmiş pul baratlarının sayı 95 142 ədəd (və ya 9%) artıb.

Beynəlxalq pul köçürmələri üzrə də artım qeydə alınıb. 2012-ci il ərzində məktub korrespondensiyasının sayı 4 693 587 ədəd (o cümlədən sadə 1 551 367 ədəd, sifarişli 3 142 220 ədəd), beynəlxalq sadə məktub və banderolların sayı 131 400 ədəd, sifarişli məktub və banderolların sayı isə 40 440 ədəd olub. Beynəlxalq kiçik paketlərin sayı isə 9 046 ədəd təşkil edir.

Hesabat dövrü ərzində daxili bağlamaların sayı 96 545 ədəd olub. Beynəlxalq bağlamaların sayı isə 9 088 ədəd olmuşdur ki, bu da ötən illə müqayisədə 5,2% (və ya 451 ədəd) çoxdur.

HƏQİQƏT



Baxış sayı: 991

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024