12px13px15px17px
Tarix:12/02/13

Yeni poçt şöbələri istifadəyə veriləcək

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaranması günü münasibətilə "Azərpoçt" MMC tərəfindən bir çox tədbirlər həyata keçiriləcək. Bu barədə birliyin baş direktor köməkçisi Elşad Nurəliyev "İCTnews" elektron xəbər xidmətinə məlumat verib. Onun sözlərinə görə, əlamətdar gün münasibətilə Lənkəranda 4 saylı, Göygöl rayonunun Qızılca poçt şöbələri istifadəyə veriləcək.

Bu poçt şöbələrində məktub, bağlama və banderolların, teleqramların, poçt pul baratlarının qəbulu və göndərilməsi, poçt markalarının satışı, sürətli poçt xidmətləri, dövri mətbuatın abunəsi və çatdırılması, enerji daşıyıcılarının və digər kommunal xidmət haqlarının yığılması, dünyanın istənilən ölkəsinə sürətli pul köçürmələri, şəhərlərarası telefon danışıq haqlarının ödənilməsi xidmətlərinin həyata keçirilməsi ilə yanaşı, bank və maliyyə xidmətlərinin göstərilməsinə şərait yaradılacaq.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi 2004-cü il fevral ayının 20-də yaradılıb.

RƏVAN



Baxış sayı: 856

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024