Tarix:22/02/13
Bu Qaydalar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2004-cü il 27 avqust tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş "Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları"na uyğun olaraq hazırlanıb.
Sözügedən Qaydalar Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tətbiq edilən "Poçt-maliyyə xidmətləri" Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminin (PMX AKİS) çıxarışlarının uçotu qaydalarını müəyyən edir. Məlumat üçün bildirək ki, PMX AKİS-in çıxarışları istənilən ödəniş vasitələrindən istifadə edilməklə ödəniş aparılarkən sistem tərəfindən avtomatik rejimdə generasiya olunan mədaxil qəbzləridir.
Qaydalara əsasən, abonentlərin PMX AKİS vasitəsilə apardığı ödənişlər üzrə çıxarışların uçotu sistemdə avtomatlaşdırılmış qaydada aparılır. Sistemdə çıxarışlar haqqında məlumatlar 5 il müddətində elektron imza ilə təmin olunmuş elektron sənəd şəklində saxlanılır. PMX AKİS vasitəsilə ödəniş apardıqdan sonra abonent ödənişin təsdiqi kimi çıxarışları dərhal və ya istənilən vaxt əldə edə bilər.
Çıxarışlar çap olunaraq abonentə təqdim olunur. Qaydalarda həmçinin qeyd olunur ki, abonentin və ya səlahiyyətli orqanın rəsmi müraciəti əsasında aparılan ödəniş əməliyyatını təsdiq edən çıxarış dublikat qeydi edilməklə təkrar çap olunur, abonentə və ya səlahiyyətli orqana təqdim edilir.
CAHANGİR
“Poçt-maliyyə xidmətləri” Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminin çıxarışlarının uçotu Qaydaları” təsdiqlənib
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin kollegiyası "Poçt-maliyyə xidmətləri" Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminin çıxarışlarının uçotu Qaydaları"nın təsdiq edilməsi barədə qərar qəbul edib.Bu Qaydalar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2004-cü il 27 avqust tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş "Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları"na uyğun olaraq hazırlanıb.
Sözügedən Qaydalar Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tətbiq edilən "Poçt-maliyyə xidmətləri" Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminin (PMX AKİS) çıxarışlarının uçotu qaydalarını müəyyən edir. Məlumat üçün bildirək ki, PMX AKİS-in çıxarışları istənilən ödəniş vasitələrindən istifadə edilməklə ödəniş aparılarkən sistem tərəfindən avtomatik rejimdə generasiya olunan mədaxil qəbzləridir.
Qaydalara əsasən, abonentlərin PMX AKİS vasitəsilə apardığı ödənişlər üzrə çıxarışların uçotu sistemdə avtomatlaşdırılmış qaydada aparılır. Sistemdə çıxarışlar haqqında məlumatlar 5 il müddətində elektron imza ilə təmin olunmuş elektron sənəd şəklində saxlanılır. PMX AKİS vasitəsilə ödəniş apardıqdan sonra abonent ödənişin təsdiqi kimi çıxarışları dərhal və ya istənilən vaxt əldə edə bilər.
Çıxarışlar çap olunaraq abonentə təqdim olunur. Qaydalarda həmçinin qeyd olunur ki, abonentin və ya səlahiyyətli orqanın rəsmi müraciəti əsasında aparılan ödəniş əməliyyatını təsdiq edən çıxarış dublikat qeydi edilməklə təkrar çap olunur, abonentə və ya səlahiyyətli orqana təqdim edilir.
CAHANGİR
Baxış sayı: 1576
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Poçt rabitəsi nağdsız ödəniş sisteminin inkişafına kömək edəcək
- Daha sürətli pul köçürmə sisteminə qoşuluruq
- “Eurovision” qaliblərinin şərəfinə poçt markası
- “Filateliyanın inkişafında innovasiya ”
- Bir neçə rayon poçtu “Western Union” sisteminə qoşulur
- Poçt mübadiləsində yenilik
- Korporativ üslubda yeni poçt şöbələri istifadəyə veriləcək
- Poçt mübadiləsində yenilik
- Elektron poçt xidmətinin tətbiqi reallaşır
- Poçtda e-qeydiyyat sistemi
- Bütün poçt göndərişlərinin elektron qeydiyyatı aparılır
- “Azərpoçt” Qusar və Xaçmazda “səyyar qəbul”lar
- Füzuli Poçtamtı elektron poçt xidmətini həyata keçirir
- Bütün poçt şöbələri kütləvi ödənişlər üzrə mərkəzləşdirilmiş informasiya sisteminə qoşulacaq
- Poçt işçilərimiz afrikalılara dərs keçəcək