Tarix:27/02/13
Məlumatda bildirilir ki, "QUTECHNOPARK" və ona partnyor şirkətlərlə ortaq həyata keçirilən Yeni Fikir Müsabiqəsi təkcə Qafqaz Universiteti tələbələrinə deyil, eyni zamanda Azərbaycanın bütün universitetlərinin tələbə və məzunlarına aiddir.
Yeni Fikir Müsabiqəsinin keçirilməsində əsas məqsəd Azərbaycanda gənclər arasında sahibkarlığın inkişaf etdirilməsinə nail olmaqla yanaşı, texnologiya sahəsində innovativ fikirlərin ortaya çıxarılmasına töhfə verməkdir. Müsabiqədə iştirak etmək istəyən gənclər öz ideyalarını layihə şəklində hazırlayaraq, 25 mart 2013-cü il tarixinə kimi "www.yenifikir.az" saytına daxil olaraq onlayn qeydiyyatdan keçməlidirlər.
Yeni Fikir Müsabiqəsinin qalibləri "QUTECHNOPARK" tərəfindən istər ofis şəraiti ilə, istərsə də digər amillərlə təmin ediləcək. Bununla belə, müsabiqənin nəticələrinə görə ilk 3 yerə sahib olan layihə müəllifləri Orta Doğu Texnik Universitetinin Texnoparkında bir ay müddətində fəaliyyət göstərmək imkanı qazanacaqlar.
SEYMUR
Texnoparkla bağlı Yeni Fikir Müsabiqəsi keçirilir
Qafqaz Universiteti Texnoparkı (QUTECHNOPARK) Yeni Fikir Müsabiqəsi təşkil edir. Bu barədə "ICTnews.az" elektron xəbər xidmətinə universitetdən məlumat verilib.Məlumatda bildirilir ki, "QUTECHNOPARK" və ona partnyor şirkətlərlə ortaq həyata keçirilən Yeni Fikir Müsabiqəsi təkcə Qafqaz Universiteti tələbələrinə deyil, eyni zamanda Azərbaycanın bütün universitetlərinin tələbə və məzunlarına aiddir.
Yeni Fikir Müsabiqəsinin keçirilməsində əsas məqsəd Azərbaycanda gənclər arasında sahibkarlığın inkişaf etdirilməsinə nail olmaqla yanaşı, texnologiya sahəsində innovativ fikirlərin ortaya çıxarılmasına töhfə verməkdir. Müsabiqədə iştirak etmək istəyən gənclər öz ideyalarını layihə şəklində hazırlayaraq, 25 mart 2013-cü il tarixinə kimi "www.yenifikir.az" saytına daxil olaraq onlayn qeydiyyatdan keçməlidirlər.
Yeni Fikir Müsabiqəsinin qalibləri "QUTECHNOPARK" tərəfindən istər ofis şəraiti ilə, istərsə də digər amillərlə təmin ediləcək. Bununla belə, müsabiqənin nəticələrinə görə ilk 3 yerə sahib olan layihə müəllifləri Orta Doğu Texnik Universitetinin Texnoparkında bir ay müddətində fəaliyyət göstərmək imkanı qazanacaqlar.
SEYMUR
Baxış sayı: 1497
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır