Tarix:30/07/11
Bununla bağlı Azərbaycanın Milli Poçt Operatoru “Azərpoçt” MMC tərəfindən cari ildə bir sıra hazırlıq işləri həyata keçirilir. Təyinat ölkəsinə çatdırma keyfiyyətinin ölçülməsi üçün “Azərpoçt” MMC 2012-ci ildə ÜPİ-nin Qlobal monitorinq sisteminə (UPU Global Monitoring System) qoşulmağı planlaşdırır. Bu məqsədlə ÜPİ-nin eksperti Fal Birahlil müvafiq tədqiqat işlərinin aparılması üçün Bakıda səfərdədir.
Səfər zamanı ÜPİ nümayəndəsi “Azərpoçt” MMC-nin aidiyyatı işçiləri ilə görüşlər keçirib, Poçt Daşıma Mərkəzində və Heydər Əliyev Hava Limanında Poçt mübadiləsi mərkəzində olaraq qurulacaq avadanlıqlar üçün yerlər müəyyənləşdirib, texnoloji proseslərin təkmilləşdirilməsi üçün müvafiq təkliflərini verib.
ÜPİ nümayəndəsi Azərbaycan poçtunun işi ilə tanış olub
2014-cü ildən başlayaraq Ümumdünya Poçt İttifaqının (ÜPİ) üzv ölkələri arasında beynəlxalq məktub korrespondensiyasının mübadiləsinə görə qarşılıqlı hesablaşmada təkcə trafik deyil, həmçinin təyinat ölkəsinə çatdırma keyfiyyəti nəzərə alınacaq.Bununla bağlı Azərbaycanın Milli Poçt Operatoru “Azərpoçt” MMC tərəfindən cari ildə bir sıra hazırlıq işləri həyata keçirilir. Təyinat ölkəsinə çatdırma keyfiyyətinin ölçülməsi üçün “Azərpoçt” MMC 2012-ci ildə ÜPİ-nin Qlobal monitorinq sisteminə (UPU Global Monitoring System) qoşulmağı planlaşdırır. Bu məqsədlə ÜPİ-nin eksperti Fal Birahlil müvafiq tədqiqat işlərinin aparılması üçün Bakıda səfərdədir.
Səfər zamanı ÜPİ nümayəndəsi “Azərpoçt” MMC-nin aidiyyatı işçiləri ilə görüşlər keçirib, Poçt Daşıma Mərkəzində və Heydər Əliyev Hava Limanında Poçt mübadiləsi mərkəzində olaraq qurulacaq avadanlıqlar üçün yerlər müəyyənləşdirib, texnoloji proseslərin təkmilləşdirilməsi üçün müvafiq təkliflərini verib.
Baxış sayı: 1191
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Poçt rabitəsi nağdsız ödəniş sisteminin inkişafına kömək edəcək
- Daha sürətli pul köçürmə sisteminə qoşuluruq
- “Eurovision” qaliblərinin şərəfinə poçt markası
- “Filateliyanın inkişafında innovasiya ”
- Bir neçə rayon poçtu “Western Union” sisteminə qoşulur
- Poçt mübadiləsində yenilik
- Korporativ üslubda yeni poçt şöbələri istifadəyə veriləcək
- Poçt mübadiləsində yenilik
- Elektron poçt xidmətinin tətbiqi reallaşır
- Poçtda e-qeydiyyat sistemi
- Bütün poçt göndərişlərinin elektron qeydiyyatı aparılır
- “Azərpoçt” Qusar və Xaçmazda “səyyar qəbul”lar
- Füzuli Poçtamtı elektron poçt xidmətini həyata keçirir
- Bütün poçt şöbələri kütləvi ödənişlər üzrə mərkəzləşdirilmiş informasiya sisteminə qoşulacaq
- Poçt işçilərimiz afrikalılara dərs keçəcək