Tarix:05/03/13
Bununla bağlı keçirilmiş mətbuat konfransında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt sektorunun rəhbəri Novruz Məmmədov qeyd edib ki, "Migom" sisteminə ölkə üzrə 600 poçt şöbəsi artıq qoşulub.
"Bu il ərzində biz sistemə qoşulan poçt şöbələrinin sayını 2 dəfə artırmağı nəzərdə tutmuşuq. Ümumilikdə "Azərpoçt"un «Maliyyə xidmətlərinin inkişafı" layihəsi» çərçivəsində yaradılmış Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminə 1200 poçt şöbəsindən 800-ü artıq qoşulub. İlin sonuna qədər isə "Migom" sisteminə qoşulmaq üçün imkan yaradan bu sistemə qalan şöbələrin də əlavə edilməsi gözlənilir. Bizim apardığımız monitorinq göstərib ki, bu sistem üzrə həyata keçirilən pul köçürmələrinin əsas hissəsi, 70% Rusiyanın payına düşür, Ukrayna, Qazaxıstan, Belarusla da pul köçürmələrinin həcmi yüksəkdir. Azərbaycanın ümumiyyətlə pul köçürmələrinin 90%-i MDB ölkələrinin payına düşür", - deyərək Novruz Məmmədov bildirib.
Tədbirdə "Migom" QSC idarə heyətinin sədri Natalya Karaçevseva bildirib ki, sistem dünyanın 27 ölkəsində fəaliyyət göstərir və 450-dən çox bank və qeyri-bank qurumları, terminal şəbəkələri və agentlərlə əməkdaşlıq edir.
"Rusiya ilə Azərbaycan arasında tranzaksiya dəhlizi üzrə ötən il ərzində 1 milyard dollar həcmində dövriyə qeydə alınıb və biz ümid edirik ki, yeni onlayn və innovativ xidmətlərin tətbiqi bu göstəricinin artımına səbəb olacaq. Bu ilin ikinci yarısında biz elektron pul kisəsi xidmətinin təşkili çərçivəsində poçt şöbələrindən pul kisəsini doldurmaq, mobil telefon vasitəsi ilə pul köçürmələrinin idarə edilməsi kimi xidmətlərin tətbiqini planlaşdırırıq", - N. Karaçevseva sistemin Azərbaycanla bağlı planlarını açıqladı.
Bu il ərzində şirkət Monqolustanla, Avropa və Kiçik Asiya ölkələri ilə pul köçürmələrini təşkil etməyi planlaşdırır. Pul köçürməsi 1 dəqiqə ərzində hesaba oturulur və bütün ölkələrə vahid tariflə xidmət göstərilir.
Aynur VƏLİYEVA
“Migom” beynəlxalq pul köçürmələri sistemi Azərbaycanda yeni innovativ xidmətlər təklif edir
Azərbaycanın Milli poçt operatoru "Azərpoçt" "Migom" - Beynəlxalq pul köçürmələri ödəniş sistemi ilə birgə Rusiya ilə Azərbaycan arasında tranzaksiya dəhlizinin və pul köçürmələri bazarında innovasiya proseslərinin inkişafına başlayıb.Bununla bağlı keçirilmiş mətbuat konfransında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt sektorunun rəhbəri Novruz Məmmədov qeyd edib ki, "Migom" sisteminə ölkə üzrə 600 poçt şöbəsi artıq qoşulub.
"Bu il ərzində biz sistemə qoşulan poçt şöbələrinin sayını 2 dəfə artırmağı nəzərdə tutmuşuq. Ümumilikdə "Azərpoçt"un «Maliyyə xidmətlərinin inkişafı" layihəsi» çərçivəsində yaradılmış Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminə 1200 poçt şöbəsindən 800-ü artıq qoşulub. İlin sonuna qədər isə "Migom" sisteminə qoşulmaq üçün imkan yaradan bu sistemə qalan şöbələrin də əlavə edilməsi gözlənilir. Bizim apardığımız monitorinq göstərib ki, bu sistem üzrə həyata keçirilən pul köçürmələrinin əsas hissəsi, 70% Rusiyanın payına düşür, Ukrayna, Qazaxıstan, Belarusla da pul köçürmələrinin həcmi yüksəkdir. Azərbaycanın ümumiyyətlə pul köçürmələrinin 90%-i MDB ölkələrinin payına düşür", - deyərək Novruz Məmmədov bildirib.
Tədbirdə "Migom" QSC idarə heyətinin sədri Natalya Karaçevseva bildirib ki, sistem dünyanın 27 ölkəsində fəaliyyət göstərir və 450-dən çox bank və qeyri-bank qurumları, terminal şəbəkələri və agentlərlə əməkdaşlıq edir.
"Rusiya ilə Azərbaycan arasında tranzaksiya dəhlizi üzrə ötən il ərzində 1 milyard dollar həcmində dövriyə qeydə alınıb və biz ümid edirik ki, yeni onlayn və innovativ xidmətlərin tətbiqi bu göstəricinin artımına səbəb olacaq. Bu ilin ikinci yarısında biz elektron pul kisəsi xidmətinin təşkili çərçivəsində poçt şöbələrindən pul kisəsini doldurmaq, mobil telefon vasitəsi ilə pul köçürmələrinin idarə edilməsi kimi xidmətlərin tətbiqini planlaşdırırıq", - N. Karaçevseva sistemin Azərbaycanla bağlı planlarını açıqladı.
Bu il ərzində şirkət Monqolustanla, Avropa və Kiçik Asiya ölkələri ilə pul köçürmələrini təşkil etməyi planlaşdırır. Pul köçürməsi 1 dəqiqə ərzində hesaba oturulur və bütün ölkələrə vahid tariflə xidmət göstərilir.
Aynur VƏLİYEVA
Baxış sayı: 1060
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Poçt rabitəsi nağdsız ödəniş sisteminin inkişafına kömək edəcək
- Daha sürətli pul köçürmə sisteminə qoşuluruq
- “Eurovision” qaliblərinin şərəfinə poçt markası
- “Filateliyanın inkişafında innovasiya ”
- Bir neçə rayon poçtu “Western Union” sisteminə qoşulur
- Poçt mübadiləsində yenilik
- Korporativ üslubda yeni poçt şöbələri istifadəyə veriləcək
- Poçt mübadiləsində yenilik
- Elektron poçt xidmətinin tətbiqi reallaşır
- Poçtda e-qeydiyyat sistemi
- Bütün poçt göndərişlərinin elektron qeydiyyatı aparılır
- “Azərpoçt” Qusar və Xaçmazda “səyyar qəbul”lar
- Füzuli Poçtamtı elektron poçt xidmətini həyata keçirir
- Bütün poçt şöbələri kütləvi ödənişlər üzrə mərkəzləşdirilmiş informasiya sisteminə qoşulacaq
- Poçt işçilərimiz afrikalılara dərs keçəcək