Tarix:06/03/13
Nazirliyin poçt sektorunun rəhbəri Novruz Məmmədovun verdiyi məlumata əsasən, "Azərpoçt" ölkədən göndərilən pul köçürmələrinin artması ilə yanaşı, həm də ölkə daxilində həyata keçirilən pul köçürmələrinin artmasında maraqlıdır.
«Bu xidmətlər kənd əhalisinin pul köçürmələrini almaq üçün rayon mərkəzlərinə getməsini azaldar. Bu gün biz pul köçürmələri üzrə əməliyyatları 4 sürətli pul köçürmələri və bank pul köçürməsi sistemləri üzrə aparırıq. Poçt şöbələrində, həmçinin valyuta mübadiləsi xidməti göstəririk ki, bu da köçürməni istənilən pul vahidi şəklində almağa imkan verir», - deyərək N. Məmmədov bildirib.
Nazirliyin poçt sektorunun rəhbərinin sözlərinə görə, "Azərpoçt" bir neçə dəfə İranla "Secured Transfer of Electronic Financial Information" (STEFI) üzərindən pul köçürmələri üzrə mübadilənin təşkili sahəsində uğursuz cəhdlər göstərib.
«İranın poçt operatoru bizə texnoloji nöqteyi-nəzərdən geridə qalmış, kağız daşıyıcılar vasitəsi ilə sadə pul köçürmələrini həyata keçirməyi təklif edib, lakin biz bundan imtina etdik, çünki bu sistem qeyri-operativdir, köçürülən pul ünvanına 15-30 gün ərzində çatdırılır. Ümumiyyətlə isə, biz bu istiqamətdə MDB ölkələrinin poçt operatorları ilə uğurla əməkdaşlıq edirik», - deyə N. Məmmədov qeyd edib.
Qeyd edək ki, ötən il Ukrayna ilə STEFI sistemi üzrə sürətli pul köçürmələrinin mübadiləsinə başlanılıb, bu ilin 1-ci kvartalı ərzində isə eyni sistem Belarus ilə istifadəyə buraxılacaq.
AYNUR
Milli poçt operatoru sürətli pul köçürmələri dövriyyəsinin ölkə daxilində artırılmasına maraq göstərir
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "Azərpoçt"un sürətli pul köçürmələri dövriyyəsinin ölkə daxilində artırılmasında maraqlıdır.Nazirliyin poçt sektorunun rəhbəri Novruz Məmmədovun verdiyi məlumata əsasən, "Azərpoçt" ölkədən göndərilən pul köçürmələrinin artması ilə yanaşı, həm də ölkə daxilində həyata keçirilən pul köçürmələrinin artmasında maraqlıdır.
«Bu xidmətlər kənd əhalisinin pul köçürmələrini almaq üçün rayon mərkəzlərinə getməsini azaldar. Bu gün biz pul köçürmələri üzrə əməliyyatları 4 sürətli pul köçürmələri və bank pul köçürməsi sistemləri üzrə aparırıq. Poçt şöbələrində, həmçinin valyuta mübadiləsi xidməti göstəririk ki, bu da köçürməni istənilən pul vahidi şəklində almağa imkan verir», - deyərək N. Məmmədov bildirib.
Nazirliyin poçt sektorunun rəhbərinin sözlərinə görə, "Azərpoçt" bir neçə dəfə İranla "Secured Transfer of Electronic Financial Information" (STEFI) üzərindən pul köçürmələri üzrə mübadilənin təşkili sahəsində uğursuz cəhdlər göstərib.
«İranın poçt operatoru bizə texnoloji nöqteyi-nəzərdən geridə qalmış, kağız daşıyıcılar vasitəsi ilə sadə pul köçürmələrini həyata keçirməyi təklif edib, lakin biz bundan imtina etdik, çünki bu sistem qeyri-operativdir, köçürülən pul ünvanına 15-30 gün ərzində çatdırılır. Ümumiyyətlə isə, biz bu istiqamətdə MDB ölkələrinin poçt operatorları ilə uğurla əməkdaşlıq edirik», - deyə N. Məmmədov qeyd edib.
Qeyd edək ki, ötən il Ukrayna ilə STEFI sistemi üzrə sürətli pul köçürmələrinin mübadiləsinə başlanılıb, bu ilin 1-ci kvartalı ərzində isə eyni sistem Belarus ilə istifadəyə buraxılacaq.
AYNUR
Baxış sayı: 938
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Poçt rabitəsi nağdsız ödəniş sisteminin inkişafına kömək edəcək
- Daha sürətli pul köçürmə sisteminə qoşuluruq
- “Eurovision” qaliblərinin şərəfinə poçt markası
- “Filateliyanın inkişafında innovasiya ”
- Bir neçə rayon poçtu “Western Union” sisteminə qoşulur
- Poçt mübadiləsində yenilik
- Korporativ üslubda yeni poçt şöbələri istifadəyə veriləcək
- Poçt mübadiləsində yenilik
- Elektron poçt xidmətinin tətbiqi reallaşır
- Poçtda e-qeydiyyat sistemi
- Bütün poçt göndərişlərinin elektron qeydiyyatı aparılır
- “Azərpoçt” Qusar və Xaçmazda “səyyar qəbul”lar
- Füzuli Poçtamtı elektron poçt xidmətini həyata keçirir
- Bütün poçt şöbələri kütləvi ödənişlər üzrə mərkəzləşdirilmiş informasiya sisteminə qoşulacaq
- Poçt işçilərimiz afrikalılara dərs keçəcək