12px13px15px17px
Tarix:18/03/13

Novruz Bayramı günlərində poçt fəaliyyət göstərəcək

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərpoçt" MMC-nin bütün mərkəzi poçt şöbələri Novruz Bayramı günlərində vətəndaşlara xidmət göstərəcək.

Bu barədə müəssisədən "ICTnews" elektron xəbər xidmətinə məlumat verilib.

Novruz Bayramı günlərində vətəndaşların bölgələrə səfərləri nəzərə alınmaqla bütün regional poçt şöbələri adi rejimdə işləyəcəklər. Burada rəhbərliyin ümumi koordinasiyası ilə işçilərin müəyyən növbəlilik prinsipi əsasında vətəndaşlara xidmət göstərəcəklər.

Qeyd edək ki,"Azərpoçt" MMC vətəndaşların rahatçılığının təmin edilməsi məqsədilə poçtalyonların mənzillərə sifarişlərini də təklif edir.

RƏVAN



Baxış sayı: 1092

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024