Tarix:01/06/11
Sistem vasitəsi ilə tıxac problemi aradan qaldırılmaqla yanaşı, avtomobillərin parklama işini də tənzimləmək mümkün olacaq. Belə ki, artıq maşınları harda gəldi, necə gəldi saxlamaq mümkün olmayacaq. Qaydaları pozan sürücülərin dövlət nömrə nişanları kameralar vasitəsi ilə mərkəzə ötürüləcək.
Layihə çərçivəsində yeni tipli 450-yə yaxın avtobus dayanacağı yaradılacaq ki, burada elektron tablo yerləşdiriləcək. Bu da nəqliyyatın hərəkətini və avtobusların marşrutlarını müşahidə etməyə (peyk vasitəsilə) imkan verəcək.
Həmçinin, dayanacaqlarda quraşdırılan tablolar və kameralar vasitəsilə dayanacaqların yerləşdikləri məkanın effektivliyinin, onun zəruriliyinin və əhali tərəfindən istifadə olunmasının monitorinqi aparılacaq. İntellektual sistem 150-yə yaxın elektron tipli yeni işıqforların quraşdırılmasını da nəzərdə tutur.
Nəqliyyatın intellektual idarəetmə sistemi Heydər Əliyev prospektində yerləşəcək. Artıq binanın tikintisi sona çatmaq üzrədir.
Bakıda nəqliyyatın hərəkəti peyklə idarə olunacaq
Bakıda intellektual idarəetmə sisteminin tətbiqi istiqamətində işlər davam edir. Layihə nəinki sərnişin daşıyan nəqliyyat vasitələrinin işini tənzimləyəcək, həmçinin, yollarda təhlükəsizliyin təmini baxımından da müstəsna rol oynayacaq.Sistem vasitəsi ilə tıxac problemi aradan qaldırılmaqla yanaşı, avtomobillərin parklama işini də tənzimləmək mümkün olacaq. Belə ki, artıq maşınları harda gəldi, necə gəldi saxlamaq mümkün olmayacaq. Qaydaları pozan sürücülərin dövlət nömrə nişanları kameralar vasitəsi ilə mərkəzə ötürüləcək.
Layihə çərçivəsində yeni tipli 450-yə yaxın avtobus dayanacağı yaradılacaq ki, burada elektron tablo yerləşdiriləcək. Bu da nəqliyyatın hərəkətini və avtobusların marşrutlarını müşahidə etməyə (peyk vasitəsilə) imkan verəcək.
Həmçinin, dayanacaqlarda quraşdırılan tablolar və kameralar vasitəsilə dayanacaqların yerləşdikləri məkanın effektivliyinin, onun zəruriliyinin və əhali tərəfindən istifadə olunmasının monitorinqi aparılacaq. İntellektual sistem 150-yə yaxın elektron tipli yeni işıqforların quraşdırılmasını da nəzərdə tutur.
Nəqliyyatın intellektual idarəetmə sistemi Heydər Əliyev prospektində yerləşəcək. Artıq binanın tikintisi sona çatmaq üzrədir.
Baxış sayı: 5758
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- “Elektron imza” sənəd qəbulunu asanlaşdıracaq
- Google: Microsoft Windows – istifadəçilər üçün işgəncədir
- Qızıl korpuslu İpad
- Hansı soyadı daşıyan telefon abunəçiləri daha çoxdur?
- Apple diskriminasiyaya görə məhkəməyə verilib
- Barak Obamaya məşhur video oyunu hədiyyə edilib
- Hakerlər "Əl-Kaidə"yə pirojna hazırlamağı öyrədir
- Teleaparıcılara Facebook və Twitter-in adını çəkmək qadağan edilib
- “Google Earth” okeanların dibini də göstərəcək
- İşlənmiş batareyaların ətraf mühitə və insan sağlamlığına zərəri
- Mark Sukerberq İT sənayesinin ən varlı insanları siyahısında üçüncüdür
- Cənubi koreyalı yeniyetmələr kompyuter biliyi üzrə liderdirlər
- 2015-ci ilədək elektron pullar nağd pulları əvəz edəcək
- Ən yaxşı mehmanxana saytı