12px13px15px17px
Tarix:01/05/13

Milli poçt operatoru ATM və POS-terminalların sayını artıracaq

Milli poçt operatoru olan “Azərpoçt” MMC göstərdiyi bank xidmətlərinin çeşidini və sayını artırır.

Bir çox beynəlxalq pul köçürmələri sistemi, onların yerli və xarici nümayəndəlikləri ilə MMC-nin müvafiq qurumları arasında aparılmış danışıqlar nəticəsində artıq Bakı, Sumqayıt, Abşeron poçt filialları, bütün lisenziyası olan şöbələr “Contact”, “Migom”, “Caspian Money Transfer” Beynəlxalq pul köçürmələri sisteminə qoşulub və əhaliyə xidmət göstərməyə başlayıb.

Bundan başqa, Maliyyə Nazirliyi tərəfindən “Azərpoçt” MMC-yə Sığorta Agenti fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş lisenziyaya əsasən “Azərpoçt” MMC-nin ölkədaxili bütün poçt filiallarında (PF) icbari sığorta şəhadətnamələrinin satışı həyata keçirilir. Maliyyə xidmətləri çərçivəsində 61 PF və 1016 PŞ-də xüsusi lisenziya əsasında valyuta mübadiləsi xidməti də təşkil edilib.

Eyni zamanda, 9000-dən çox “MasterCard” loqolu əməkhaqqı kartı emissiya edilərək müştərilərə təqdim olunub. Cari il ərzində isə 12 000-ə yaxın plastik kartın emissiyası planlaşdırılır. “Azərpoçt” MMC müştərilərinin Beynəlxalq ödəniş sisteminin imkanlarından yararlanması məqsədi ilə “Visa İnternational” Beynəlxalq ödəniş sistemilə əməkdaşlıq çərçivəsində bütün “Visa” loqolu kartların terminallarda ekvayrinqinə şərait yaradılıb. Müştərilərin istək və arzularına uyğun olaraq “MasterCard” loqolu Plastik kartlar “Maestro”, “MC Standard”, “MC Gold”, “MC Platinium” olaraq təsnifləndirilib.

Bununla yanaşı, müştərilərə 70 ədəd POS-terminal və 14 ədəd ATM-lər vasitəsilə xidmət göstərilir. ATM-lər Bakı, Yevlax, Kürdəmir və Gəncə şəhərində quraşdırılaraq müştərilərin ixtiyarına verilib.

POS-terminallar isə respublika üzrə hər bir rayon üçün bir ədəd olmaqla Müştəri xidmətləri şöbəsində quraşdırılıb. 2013-cü il üçün ATM-lərin sayının 20-yə çatdırılması və regionlarda POS-terminalların sayının artırılması planlaşdırılır.

Bütün bunlarla yanaşı, “Maliyyə Xidmətlərinin İnkişafı” layihəsi üzrə nəzərdə tutulmuş 1132 poçt şöbəsinin mərkəzi serverə qoşulması məqsədilə zəruri texniki tədbirlər görülür. İndiyə qədər görülmüş tədbirlər nəticəsində isə Bakı şəhərində 137 PŞ, rayon poçt şöbələri üzrə 624 PŞ və 37 poçt agentliyinin vahid şəbəkəyə qoşulması təmin edilib.

RƏVAN



Baxış sayı: 972

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024