Tarix:04/05/13
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt sektorunun rəhbəri Novruz Məmmədovun “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, bu ilin sonuna kimi ölkədə fəaliyyət göstərən bütün poçt şöbələrində bu sistem tətbiq ediləcək.
“Sistemin tətbiqi ilə yanaşı, biz regionlarda kadrların peşəkarlığının artırılması istiqamətində işlər aparırıq ki, əhaliyə göstərilən xidmətlərin keyfiyyətini daha da artıraq”,- deyə o bildirib.
Qeyd edək ki, son məlumata əsasən “Migom” sisteminə ölkə üzrə 600-dən çox poçt şöbəsi qoşulub. Bu il ərzində sistemə qoşulan poçt şöbələrinin sayının 2 dəfə artırılması nəzərdə tutulub.
Ümumilikdə “Azərpoçt”un “Maliyyə xidmətlərinin inkişafı” layihəsi çərçivəsində yaradılmış Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminə qoşulması nəzərdə tutulan 1200 poçt şöbəsindən hazırda 800-ü artıq qoşulub, ilin sonuna kimi isə “Migom” sisteminə qoşulmaq üçün imkan yaradan bu sistemə qalan şöbələrin də əlavə edilməsi gözlənilir.
“Migom” sistemi üzərindən pul köçürməsi 1 dəqiqə ərzində hesaba oturulur və bütün ölkələrə vahid tariflə xidmət göstərilir.
Aynur Vəliyeva
Azərbaycanın bütün poçt şöbələrində “Migom” pul köçürmələri sistemi tətbiq ediləcək
Azərbaycanın Milli poçt operatoru Azərpoçt “Migom” - Beynəlxalq pul köçürmələri ödəniş sistemi ilə birgə Rusiya ilə Azərbaycan arasında tranzaksiya dəhlizinin və pul köçürmələri bazarında innovasiya proseslərinin inkişafı istiqamətində aktiv işlər aparır.Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt sektorunun rəhbəri Novruz Məmmədovun “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, bu ilin sonuna kimi ölkədə fəaliyyət göstərən bütün poçt şöbələrində bu sistem tətbiq ediləcək.
“Sistemin tətbiqi ilə yanaşı, biz regionlarda kadrların peşəkarlığının artırılması istiqamətində işlər aparırıq ki, əhaliyə göstərilən xidmətlərin keyfiyyətini daha da artıraq”,- deyə o bildirib.
Qeyd edək ki, son məlumata əsasən “Migom” sisteminə ölkə üzrə 600-dən çox poçt şöbəsi qoşulub. Bu il ərzində sistemə qoşulan poçt şöbələrinin sayının 2 dəfə artırılması nəzərdə tutulub.
Ümumilikdə “Azərpoçt”un “Maliyyə xidmətlərinin inkişafı” layihəsi çərçivəsində yaradılmış Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminə qoşulması nəzərdə tutulan 1200 poçt şöbəsindən hazırda 800-ü artıq qoşulub, ilin sonuna kimi isə “Migom” sisteminə qoşulmaq üçün imkan yaradan bu sistemə qalan şöbələrin də əlavə edilməsi gözlənilir.
“Migom” sistemi üzərindən pul köçürməsi 1 dəqiqə ərzində hesaba oturulur və bütün ölkələrə vahid tariflə xidmət göstərilir.
Aynur Vəliyeva
Baxış sayı: 1024
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Poçt rabitəsi nağdsız ödəniş sisteminin inkişafına kömək edəcək
- Daha sürətli pul köçürmə sisteminə qoşuluruq
- “Eurovision” qaliblərinin şərəfinə poçt markası
- “Filateliyanın inkişafında innovasiya ”
- Bir neçə rayon poçtu “Western Union” sisteminə qoşulur
- Poçt mübadiləsində yenilik
- Korporativ üslubda yeni poçt şöbələri istifadəyə veriləcək
- Poçt mübadiləsində yenilik
- Elektron poçt xidmətinin tətbiqi reallaşır
- Poçtda e-qeydiyyat sistemi
- Bütün poçt göndərişlərinin elektron qeydiyyatı aparılır
- “Azərpoçt” Qusar və Xaçmazda “səyyar qəbul”lar
- Füzuli Poçtamtı elektron poçt xidmətini həyata keçirir
- Bütün poçt şöbələri kütləvi ödənişlər üzrə mərkəzləşdirilmiş informasiya sisteminə qoşulacaq
- Poçt işçilərimiz afrikalılara dərs keçəcək