Tarix:11/05/13
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt sektorunun rəhbəri Novruz Məmmədovun "ICTnews" xəbər xidmətinə verdiyi məlumata əsasən, artıq Belarus Poçtu ilə təcili elektron pul köçürmələri sistemi istismara verilib.
"Mayın sonuna kimi Qazaxıstan və Özbəkistanla "STEFİ" təcili pul köçürmələri əməliyyat sistemi üzərindən mübadiləyə başlanılacaq. İl ərzində Estoniya poçt operatoru ilə də analoji sistem üzərində pul baratlarının mübadiləsinin təşkili nəzərdə tutulub", - deyə o bildirib.
Sistem təcili pul köçürmələrini cəmi 3 dəqiqəyə ötürməyə imkan verir. Hazırda Azərbaycan beynəlxalq pul göndərişləri üzrə "STEFİ" sistemi vasitəsilə Ukrayna, Rusiya, Qazaxıstan, Moldova və Birləşmiş Ərəb Əmirlikləri ilə mübadilə həyata keçirir.
Aynur Vəliyeva
“Azərpoçt” daha iki ölkə ilə "STEFİ" təcili pul köçürmələri əməliyyat sistemi ilə mübadiləyə başlayacaq
Azərbaycanın milli poçt operatoru "Azərpoçt" bu ayın sonuna kimi daha iki ölkə ilə "STEFİ" (Secured Transfer of Electronic Financial İnformation) təcili pul köçürmələri əməliyyat sistemi ilə mübadiləni təşkil edəcək.Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt sektorunun rəhbəri Novruz Məmmədovun "ICTnews" xəbər xidmətinə verdiyi məlumata əsasən, artıq Belarus Poçtu ilə təcili elektron pul köçürmələri sistemi istismara verilib.
"Mayın sonuna kimi Qazaxıstan və Özbəkistanla "STEFİ" təcili pul köçürmələri əməliyyat sistemi üzərindən mübadiləyə başlanılacaq. İl ərzində Estoniya poçt operatoru ilə də analoji sistem üzərində pul baratlarının mübadiləsinin təşkili nəzərdə tutulub", - deyə o bildirib.
Sistem təcili pul köçürmələrini cəmi 3 dəqiqəyə ötürməyə imkan verir. Hazırda Azərbaycan beynəlxalq pul göndərişləri üzrə "STEFİ" sistemi vasitəsilə Ukrayna, Rusiya, Qazaxıstan, Moldova və Birləşmiş Ərəb Əmirlikləri ilə mübadilə həyata keçirir.
Aynur Vəliyeva
Baxış sayı: 37896
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Poçt rabitəsi nağdsız ödəniş sisteminin inkişafına kömək edəcək
- Daha sürətli pul köçürmə sisteminə qoşuluruq
- “Eurovision” qaliblərinin şərəfinə poçt markası
- “Filateliyanın inkişafında innovasiya ”
- Bir neçə rayon poçtu “Western Union” sisteminə qoşulur
- Poçt mübadiləsində yenilik
- Korporativ üslubda yeni poçt şöbələri istifadəyə veriləcək
- Poçt mübadiləsində yenilik
- Elektron poçt xidmətinin tətbiqi reallaşır
- Poçtda e-qeydiyyat sistemi
- Bütün poçt göndərişlərinin elektron qeydiyyatı aparılır
- “Azərpoçt” Qusar və Xaçmazda “səyyar qəbul”lar
- Füzuli Poçtamtı elektron poçt xidmətini həyata keçirir
- Bütün poçt şöbələri kütləvi ödənişlər üzrə mərkəzləşdirilmiş informasiya sisteminə qoşulacaq
- Poçt işçilərimiz afrikalılara dərs keçəcək