Tarix:20/05/13
“ICTnews” xəbər xidmətinin “www.mskit.ru” saytına istinadən verdiyi məlumata əsasən, “Migom” artıq Azərbaycanın “AFB Bank”ı ilə əməkdaşlıq etməyə başlayıb. Hazırda bankın Bakıda, Qəbələdə, Gəncədə və Sumqayıtda yerləşən 12 xidmət məntəqəsində “Migom” üzərindən dünyanın 27 ölkəsindən pul köçürmələri almaq və göndərmək olar.
Ötən il ərzində Rusiya Bankının məlumatlarına əsasən, Rusiya-Azərbaycan dəhlizi üzrə pul dövriyyəsi 1307 milyon dollar təşkil edib. Son bir ildə “Migom” Azərbaycanda şəbəkəsini genişləndirməsinə böyük diqqət yetirib. Belə ki, şirkət “Bank of Azerbaijan”la, “Azərpoçt”la tərəfdaşlıq haqda sazişləri imzalayıb.
“Migom”un Azərbaycanda tərəfdaş ofislərinin sayı 600-dən çoxdur. Şirkətin gələcək planları Azərbaycanın bütün regionlarında banklara və müştərilərə pul köçürmələri üzrə xidmətlərin göstərilməsidir.
Aynur Vəliyeva
“Migom” sistemi Azərbaycanda mövqeyini möhkəmləndirir
“Migom” Beynəlxalq pul köçürmələri ödəniş sistemi Azərbaycanda xidmət şəbəkəsini genişləndirib.“ICTnews” xəbər xidmətinin “www.mskit.ru” saytına istinadən verdiyi məlumata əsasən, “Migom” artıq Azərbaycanın “AFB Bank”ı ilə əməkdaşlıq etməyə başlayıb. Hazırda bankın Bakıda, Qəbələdə, Gəncədə və Sumqayıtda yerləşən 12 xidmət məntəqəsində “Migom” üzərindən dünyanın 27 ölkəsindən pul köçürmələri almaq və göndərmək olar.
Ötən il ərzində Rusiya Bankının məlumatlarına əsasən, Rusiya-Azərbaycan dəhlizi üzrə pul dövriyyəsi 1307 milyon dollar təşkil edib. Son bir ildə “Migom” Azərbaycanda şəbəkəsini genişləndirməsinə böyük diqqət yetirib. Belə ki, şirkət “Bank of Azerbaijan”la, “Azərpoçt”la tərəfdaşlıq haqda sazişləri imzalayıb.
“Migom”un Azərbaycanda tərəfdaş ofislərinin sayı 600-dən çoxdur. Şirkətin gələcək planları Azərbaycanın bütün regionlarında banklara və müştərilərə pul köçürmələri üzrə xidmətlərin göstərilməsidir.
Aynur Vəliyeva
Baxış sayı: 930
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Poçt rabitəsi nağdsız ödəniş sisteminin inkişafına kömək edəcək
- Daha sürətli pul köçürmə sisteminə qoşuluruq
- “Eurovision” qaliblərinin şərəfinə poçt markası
- “Filateliyanın inkişafında innovasiya ”
- Bir neçə rayon poçtu “Western Union” sisteminə qoşulur
- Poçt mübadiləsində yenilik
- Korporativ üslubda yeni poçt şöbələri istifadəyə veriləcək
- Poçt mübadiləsində yenilik
- Elektron poçt xidmətinin tətbiqi reallaşır
- Poçtda e-qeydiyyat sistemi
- Bütün poçt göndərişlərinin elektron qeydiyyatı aparılır
- “Azərpoçt” Qusar və Xaçmazda “səyyar qəbul”lar
- Füzuli Poçtamtı elektron poçt xidmətini həyata keçirir
- Bütün poçt şöbələri kütləvi ödənişlər üzrə mərkəzləşdirilmiş informasiya sisteminə qoşulacaq
- Poçt işçilərimiz afrikalılara dərs keçəcək