12px13px15px17px
Tarix:14/06/13

İlk qadının kosmosa uçuşunun 50 illiyinə həsr olunmuş marka buraxılıb

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Azərmarka şirkəti dünyanın ilk qadın kosmonavtının kosmosa uçuşunun 50 illiyinə həsr olunmuş suvenir poçt blokunu dövriyyəyə buraxıb.

Dünyanın ilk qadın kosmonavtı Valentina Vladimorovna Tereşkova təxminən 3 sutka davam edən əlamətdar uçuşunu 16 iyun 1963-cü ildə "Vostok-6" kosmik gəmisində həyata keçirib. Raket "Baykonur" kosmodromundan start götürüb.

Blok üzərində Valentina Tereşkovanın və "Vostok-6" kosmik gəmisinin təsvirləri yer alıb.

Markanın nominal dəyəri 1 manat, tirajı 20 min suvenir blok təşkil edir.

Qeyd etmək lazımdır ki, BMT-nin poçt idarəsi də Valentina Tereşkovanın uçuşunun 50 illiyinə həsr olunmuş marka buraxıb.

2013-cü ilin may ayının sonuna olan məlumata görə, dünyada kosmosa uçan qadınların sayı 56 nəfər olub. Valentina Tereşkova əmindir ki, qadınsız kosmosdan istifadə qeyri-mümkündür.

"Qadınlar mütləq kosmik uçuşlarda daha fəal iştirak edəcəklər. Quş bir qanadsız uça bilmədiyi kimi, pilotlu kosmonavtika da qadının fəal iştirakı olmadan inkişaf edə bilməz. Qarşıda Ay, asteroidlər və Mars var və mən düşünürəm ki, kosmik aparatın göyərtəsində qadın olmasa, Mars bunu kişilərə bağışlamaz".



Baxış sayı: 860

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024