Tarix:13/07/13
Azərbaycanın milli poçt operatoru Azərpoçt “Migom” - Beynəlxalq pul köçürmələri ödəniş sistemini artıq 200-dən çox poçt şöbəsində tətbiq edib.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt sektorunun rəhbəri Novruz Məmmədovun “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, bu ilin sonuna kimi ölkədə fəaliyyət göstərən bütün poçt şöbələrində bu sistemin tətbiqi nəzərdə tutulub.
“Hazırda Bakı, Abşeron, Sumqayıt və digər regionlarda yerləşən 200-dən çox poçt şöbəsində “Migom” sistemi tətbiq edilib. Sistemin tətbiqi ilə yanaşı, biz regionlarda kadrların peşəkarlığının artırılması istiqamətində işlər aparırıq ki, əhaliyə göstərilən xidmətlərin keyfiyyətini daha da artıraq”,- deyə o bildirib.
Ümumilikdə “Azərpoçt”un “Maliyyə xidmətlərinin inkişafı” layihəsi çərçivəsində yaradılmış Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminə qoşulması nəzərdə tutulan 1200 poçt şöbəsindən hazırda 800-ü artıq qoşulub, ilin sonuna kimi isə “Migom” sisteminə qoşulmaq üçün imkan yaradan bu sistemə qalan şöbələrin də əlavə edilməsi gözlənilir. “Migom” sistemi üzərindən pul köçürməsi 1 dəqiqə ərzində hesaba oturulur və bütün ölkələrə vahid tariflə xidmət göstərilir.
Qeyd edilən işlər Rusiya ilə Azərbaycan arasında tranzaksiya dəhlizinin və pul köçürmələri bazarında innovasiya proseslərinin inkişafı layihəsi çərçivəsində aparılır.
Aynur Vəliyeva
Azərbaycanın artıq 200-dən çox poçt şöbəsində “Migom” pul köçürmələri sistemi tətbiq edilib

Baxış sayı: 900
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Poçt rabitəsi nağdsız ödəniş sisteminin inkişafına kömək edəcək
- Daha sürətli pul köçürmə sisteminə qoşuluruq
- “Eurovision” qaliblərinin şərəfinə poçt markası
- “Filateliyanın inkişafında innovasiya ”
- Bir neçə rayon poçtu “Western Union” sisteminə qoşulur
- Poçt mübadiləsində yenilik
- Korporativ üslubda yeni poçt şöbələri istifadəyə veriləcək
- Poçt mübadiləsində yenilik
- Elektron poçt xidmətinin tətbiqi reallaşır
- Poçtda e-qeydiyyat sistemi
- Bütün poçt göndərişlərinin elektron qeydiyyatı aparılır
- “Azərpoçt” Qusar və Xaçmazda “səyyar qəbul”lar
- Füzuli Poçtamtı elektron poçt xidmətini həyata keçirir
- Bütün poçt şöbələri kütləvi ödənişlər üzrə mərkəzləşdirilmiş informasiya sisteminə qoşulacaq
- Poçt işçilərimiz afrikalılara dərs keçəcək