12px13px15px17px
Tarix:27/07/13

“Azərpoçt”un Qlobal Monitorinq Sisteminə qoşulması prosesi başa çatmaq üzrədir


 
"Azərpoçt" MMC-nin Ümumdünya Poçt İttifaqının (ÜPİ) Qlobal Monitorinq Sisteminə (GMS) qoşulması prosesi, demək olar ki, tam başa çatdırılıb. GMS avadanlığı müəssisənin Poçt Daşıma Mərkəzində quraşdırılıb və son sınaq işləri ilə əlaqədar ÜPİ-nin aidiyyəti qurumları ilə yazışmalar davam etdirilir.

 Beynəlxalq bağlamaların axtarışına dair İnternet sorğu sistemi çərçivəsində ("Cricket") birinci yarımillikdə 1272 ədəd sorğu qeyd olunan sistemin tələbləri çərçivəsində icra edilib. MMC bu sistem vasitəsilə hal-hazırda dünyanın 155 ölkəsi ilə əməkdaşlıq edir.
Bundan başqa, yarımillik ərzində 250 ədəd xüsusi nəzarət kartlarından və sadə məktublardan istifadə edilərək ölkədaxili  məktub korrespondensiyasının nəzarət-keçid müddətləri müəyyənləşdirilib.

"Azərpoçt" MMC eyni zamanda yarımillik ərzində beynəlxalq bağlamaların EDİ mesajlarının işlənməsi, çatdırılması və "Cricket" müştəri xidmətləri üzrə ÜPİ tərəfindən təyin olunmuş bonuslara yiyələnmək üçün mövcud normativlərə  də riayət edilib.

RƏVAN



Baxış sayı: 1533

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






14 Oktyabr 2024

13 10 2024