Tarix:06/09/13
“Azərpoçt”un maliyyə xidmətləri marketinq şöbəsinin rəisi Yaşar Əhmədovun “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, bu tədbirlər “Migom” şirkəti ilə birgə Rusiya ilə Azərbaycan arasında tranzaksiya dəhlizinin və pulköçürmələri bazarında innovasiya proseslərinin inkişafı çərçivəsində həyata keçirilir.
“Hazırda “Migom” sisteminə ölkə üzrə fəaliyyət göstərən poçt şöbələrinin 80%-i qoşulub. Biz bu istiqamətdə işləri davam edirik və yaxın zamanda qalan 4 regional poçt filiallarının şöbələrini də bu sistemə qoşmaq niyyətindəyik”,- deyə o bildirib.
Aparılmış monitorinqlər göstərib ki, bu sistem üzrə həyata keçirilən pulköçürmələrinin əsas hissəsi, 70% Rusiyanın payına düşür, Ukrayna, Qazaxıstan, Belarusla da pulköçürmələrinin həcmi yüksəkdir. Azərbaycanın, ümumiyyətlə, pulköçürmələrinin 90%-i MDB ölkələrinin payına düşür.
Qeyd edək ki, “Migom” sistemi dünyanın 27 ölkəsində fəaliyyət göstərir və 450-dən çox bank və qeyri-bank qurumları, terminal şəbəkələri və agentləri ilə əməkdaşlıq edir.
Rusiya ilə Azərbaycan arasında tranzaksiya dəhlizi üzrə ötən il ərzində 1 mlrd. dollar həcmində dövriyə qeydə alınıb.
Aynur Vəliyeva
“Azərpoçt” “Migom” Beynəlxalq pulköçürmələri sisteminin bütün poçt şöbələrində tətbiqini başa çatdırır
“Azərpoçt MMC “Migom” Beynəlxalq pulköçürmələri ödəniş sistemini, demək olar, bütün poçt şöbələrində artıq tətbiq edib.“Azərpoçt”un maliyyə xidmətləri marketinq şöbəsinin rəisi Yaşar Əhmədovun “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, bu tədbirlər “Migom” şirkəti ilə birgə Rusiya ilə Azərbaycan arasında tranzaksiya dəhlizinin və pulköçürmələri bazarında innovasiya proseslərinin inkişafı çərçivəsində həyata keçirilir.
“Hazırda “Migom” sisteminə ölkə üzrə fəaliyyət göstərən poçt şöbələrinin 80%-i qoşulub. Biz bu istiqamətdə işləri davam edirik və yaxın zamanda qalan 4 regional poçt filiallarının şöbələrini də bu sistemə qoşmaq niyyətindəyik”,- deyə o bildirib.
Aparılmış monitorinqlər göstərib ki, bu sistem üzrə həyata keçirilən pulköçürmələrinin əsas hissəsi, 70% Rusiyanın payına düşür, Ukrayna, Qazaxıstan, Belarusla da pulköçürmələrinin həcmi yüksəkdir. Azərbaycanın, ümumiyyətlə, pulköçürmələrinin 90%-i MDB ölkələrinin payına düşür.
Qeyd edək ki, “Migom” sistemi dünyanın 27 ölkəsində fəaliyyət göstərir və 450-dən çox bank və qeyri-bank qurumları, terminal şəbəkələri və agentləri ilə əməkdaşlıq edir.
Rusiya ilə Azərbaycan arasında tranzaksiya dəhlizi üzrə ötən il ərzində 1 mlrd. dollar həcmində dövriyə qeydə alınıb.
Aynur Vəliyeva
Baxış sayı: 906
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Poçt rabitəsi nağdsız ödəniş sisteminin inkişafına kömək edəcək
- Daha sürətli pul köçürmə sisteminə qoşuluruq
- “Eurovision” qaliblərinin şərəfinə poçt markası
- “Filateliyanın inkişafında innovasiya ”
- Bir neçə rayon poçtu “Western Union” sisteminə qoşulur
- Poçt mübadiləsində yenilik
- Korporativ üslubda yeni poçt şöbələri istifadəyə veriləcək
- Poçt mübadiləsində yenilik
- Elektron poçt xidmətinin tətbiqi reallaşır
- Poçtda e-qeydiyyat sistemi
- Bütün poçt göndərişlərinin elektron qeydiyyatı aparılır
- “Azərpoçt” Qusar və Xaçmazda “səyyar qəbul”lar
- Füzuli Poçtamtı elektron poçt xidmətini həyata keçirir
- Bütün poçt şöbələri kütləvi ödənişlər üzrə mərkəzləşdirilmiş informasiya sisteminə qoşulacaq
- Poçt işçilərimiz afrikalılara dərs keçəcək