Tarix:10/10/13
Hazırda dünyada 600 mindən çox poçt rabitəsi şöbəsi fəaliyyət göstərir. Poçtdan vətəndaşın cəmiyyətdə hansı mövqe tutmasından asılı olmayaraq hər bir şəxs istifadə edə bilər.
Ümumdünya Poçt İttifaqının məlumatına görə, 2012-ci ildə poçt xidmətləri 350 milyard məktub və 6 milyarddan çox bağlamanı ünvanına çatdırıblar. Bundan başqa, poçt xidmətləri tərəfindən 1 milyon maliyyə tranzaksiyası emal olunub.
Hər bir ölkədə poçt xidmətləri informasiya və mal mübadiləsində həyati əhəmiyyətli rol oynayır. Əsas xidmət – məktub yazışması poçt fəaliyyətinin vacib tərkib hissəsi olaraq qalır. Belə ki, poçt gəlirlərinin orta hesabla 45 faizi məktubların payına düşür.
Lakin internetin inkişafı ilə ənənəvi yazışma həcmi tədricən azalır ki, bu da milli poçt xidmətlərini işlərinə yeni üslubda yanaşmağa məcbur edir.
Dünyanın bütün poçt xidmətləri məhsul və xidmətlərini şaxələndirir. Elektron kommersiya inkişaf etdikcə onlar müştərilərin internetlə mal sifariş etdikləri zaman üstünlük verdikləri xidmət tədarükçüləri mövqeyini tutur.
“Daima dəyişən dünyada poçt xidmətləri milli və beynəlxalq ticarətdə vacib vasitəçi olaraq qalır”, - Ümumdünya Poçt İttifaqının rəhbəri bildirib.
Onun sözlərinə görə, son illər poçt-maliyyə xidmətlərinə tələbatın artdığı müşahidə olunur. Tezliklə bu xidmətlərdən əldə olunan gəlir poçt gəlirlərinin 20 faizindən çoxunu təşkil edəcək.
“Poçt dünyada nəhəng fiziki şəbəkə və iqtisadiyyatın əksər seqmentinin fəaliyyət imkanını təmin edən əsas infrastruktur olaraq qalır”, - Bəşər Hüseyn qeyd edib.
Dünyada nə qədər poçt şöbəsi var?
9 oktyabr Ümumdünya Poçt Günü kimi qeyd olunub. Bununla bağlı Ümumdünya Poçt İttifaqının baş direktoru Bəşər Hüseyn dünya ictimaiyyətinə ünvanladığı məktubda hökumətləri vətəndaşlara və biznesə sosial-iqtisadi xidmətlərin göstərilməsi üçün poçt xidmətlərinin potensialından yararlanmağa çağırıb. Bu barədə BMT-nin məlumatında deyilir.Hazırda dünyada 600 mindən çox poçt rabitəsi şöbəsi fəaliyyət göstərir. Poçtdan vətəndaşın cəmiyyətdə hansı mövqe tutmasından asılı olmayaraq hər bir şəxs istifadə edə bilər.
Ümumdünya Poçt İttifaqının məlumatına görə, 2012-ci ildə poçt xidmətləri 350 milyard məktub və 6 milyarddan çox bağlamanı ünvanına çatdırıblar. Bundan başqa, poçt xidmətləri tərəfindən 1 milyon maliyyə tranzaksiyası emal olunub.
Hər bir ölkədə poçt xidmətləri informasiya və mal mübadiləsində həyati əhəmiyyətli rol oynayır. Əsas xidmət – məktub yazışması poçt fəaliyyətinin vacib tərkib hissəsi olaraq qalır. Belə ki, poçt gəlirlərinin orta hesabla 45 faizi məktubların payına düşür.
Lakin internetin inkişafı ilə ənənəvi yazışma həcmi tədricən azalır ki, bu da milli poçt xidmətlərini işlərinə yeni üslubda yanaşmağa məcbur edir.
Dünyanın bütün poçt xidmətləri məhsul və xidmətlərini şaxələndirir. Elektron kommersiya inkişaf etdikcə onlar müştərilərin internetlə mal sifariş etdikləri zaman üstünlük verdikləri xidmət tədarükçüləri mövqeyini tutur.
“Daima dəyişən dünyada poçt xidmətləri milli və beynəlxalq ticarətdə vacib vasitəçi olaraq qalır”, - Ümumdünya Poçt İttifaqının rəhbəri bildirib.
Onun sözlərinə görə, son illər poçt-maliyyə xidmətlərinə tələbatın artdığı müşahidə olunur. Tezliklə bu xidmətlərdən əldə olunan gəlir poçt gəlirlərinin 20 faizindən çoxunu təşkil edəcək.
“Poçt dünyada nəhəng fiziki şəbəkə və iqtisadiyyatın əksər seqmentinin fəaliyyət imkanını təmin edən əsas infrastruktur olaraq qalır”, - Bəşər Hüseyn qeyd edib.
Baxış sayı: 938
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Poçt rabitəsi nağdsız ödəniş sisteminin inkişafına kömək edəcək
- Daha sürətli pul köçürmə sisteminə qoşuluruq
- “Eurovision” qaliblərinin şərəfinə poçt markası
- “Filateliyanın inkişafında innovasiya ”
- Bir neçə rayon poçtu “Western Union” sisteminə qoşulur
- Poçt mübadiləsində yenilik
- Korporativ üslubda yeni poçt şöbələri istifadəyə veriləcək
- Poçt mübadiləsində yenilik
- Elektron poçt xidmətinin tətbiqi reallaşır
- Poçtda e-qeydiyyat sistemi
- Bütün poçt göndərişlərinin elektron qeydiyyatı aparılır
- “Azərpoçt” Qusar və Xaçmazda “səyyar qəbul”lar
- Füzuli Poçtamtı elektron poçt xidmətini həyata keçirir
- Bütün poçt şöbələri kütləvi ödənişlər üzrə mərkəzləşdirilmiş informasiya sisteminə qoşulacaq
- Poçt işçilərimiz afrikalılara dərs keçəcək