12px13px15px17px
Tarix:21/10/13

“Azərpoçt” MMC-nin rəqabət qabiliyyətli struktura çevrilməsi istiqamətində işlər aparılır

Bu gün Azərbaycanın müasir inkişaf səviyyəsində poçtu rentabelli saxlamaq çətindir. Bu fikri rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərin poçt müəssisələrinin özəlləşdirilməsi ilə bağlı suallarını cavablandırarkən bildirib.
 
Nazir  poçt sahəsinə dövlət büdcəsi, eyni zamanda telekommunikasiya sahəsindən müəyyən miqdarda subsidiya ayrıldığını deyib: “Hazırda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində konsaltinq şirkətlərlə birlikdə “Azərpoçt” MMC-nin rəqabət qabiliyyətli struktura çevrilməsi istiqamətində işlər aparılır. Poçt sahəsinin inkişaf etdirilməsi sahəsində irəli sürülən təkliflərdən biri də bu müəssisələrin özəlləşdirilməsidir”.
 
Qeyd edək ki, 2013-cü ilin 9 ayı ərzində poçt xidməti şəbəkəsinin inkişafı və genişləndirilməsi sahəsində bir sıra əməli tədbirlər həyata keçirilib. Hesabat dövründə poçt sektorunda əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,0% artaraq 22.3 milyon manat təşkil edib.


Həqiqət İSABALAYEVA



Baxış sayı: 946

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024