12px13px15px17px
Tarix:18/11/13

“Hirkan milli parkı” marka seriyası çap olunub

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) “Azərmarka” şirkəti  “Hirkan milli parkı” marka seriyasını təqdim edib. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, təqdim olunan 2 seriyanın hər birində 4 marka təsvir olunub.

Birinci seriyada yer alan,  “İri ağacdələn” şəklinin təsvir olunduğu markanın nominal dəyəri 20 qəpik, “Qara leylək” 30 qəpik, “Qıvrımlələk qutan”  50 qəpik, “Mərmər cücə” markası isə 60 qəpik təşkil edir.  İkinci seriyadakı “Xallı maral” təsvirinin yer aldığı markanın  nominal dəyəri 20, “Cüyür” 30, “Adi vaşaq” 50, “Daş dələsi” markası isə 60 qəpiyə bərabərdir.

Markaların üzərində adlar Azərbaycan dili ilə yanaşı, ingilis dilində də qeyd olunub.

CAHANGİR
 
 



Baxış sayı: 1941

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024