12px13px15px17px
Tarix:21/01/14

“Azərmarka” yeni poçt markaları buraxıb


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərmarka” şirkəti “2014 - At ili”nə həsr edilmiş marka seriyasını təqdim edib. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, seriyaya 4 poçt markası daxildir. Üzərində at şəklinin təsvir olunduğu markaların hər birinin dəyəri 20 qəpik təşkil edir.
 
Bununla yanaşı, “XXII Qış Olimpiya Oyunları – Soçi 2014” marka seriyası çap edilib. Marka seriyasında yer alan dağ-xizək, şaybalı xokkey, konkisürmə və fiqurlu konkisürmə idman növlərinə dair markaların nominal dəyəri müvafiq olaraq 20, 30, 50 və 60 qəpiyə bərabərdir.
 
Eyni zamanda, 2013-cü ildə keçirilən şahmat üzrə Avropa komanda çempionatında Azərbaycan milli komandasının qələbəsinə həsr edilmiş “Azərbaycan – Şahmat üzrə Avropa çempionu 2013” markası buraxılıb. Markanın nominal dəyəri 1 manat məbləğində müəyyən edilib.
 
CAHANGİR
 



Baxış sayı: 956

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024