12px13px15px17px
Tarix:18/02/14

Azərbaycan Tacikistanla “STEFİ” sistemi üzərindən elektron pulköçürmələri sisteminin testləşdirilməsinə başlayır

Azərbaycanın milli poçt operatoru "Azərpoçt" bu ilin birinci yarımilliyinin sonuna kimi, daha iki ölkənin poçt operatorları ilə "Secured Transfer of Electronic Financial İnformation (STEFİ)" sistemi üzərindən elektron pul baratlarının mübadiləsinə başlamaq niyyətindədir.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt sektorunun müdiri Novruz Məmmədovun "ICTnews" xəbər xidmətinə verdiyi məlumata əsasən, hazırda Qırğızıstan poçt operatoru ilə əldə edilmiş razılaşma əsasında bu ölkə ilə “STEFİ” üzərindən elektron pulköçürmələri sistemi testləşdirilir.

“Qırğızıstanla sistemin testləşdirilməsi üzrə işlər bu ilin mart ayının sonuna kimi başa çatdıqdan sonra, biz Tacikistan poçt operatoru ilə analoji sistemin testləşdirilməsinə başlamaq niyyətindəyik. Tacikistanla elektron pulköçürmələri sistemi bu ilin birinci yarısında başa çatmalıdır”,- deyə o bildirib.

Aynur Vəliyeva
 



Baxış sayı: 894

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024