12px13px15px17px
Tarix:06/03/14

Azərbaycanın qədim musiqi alətləri markalarda

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) “Azərmarka” şirkəti “Europe 2014. National music instruments” (“Avropa 2014.Milli musiqi alətləri”) marka seriyasının buraxıldığını elan edib.  

Bu seriyaya daxil ilk markanın üzərində milli musiqi alətlərimiz olan zurna, tar və balaban, digərində qaval, kamança və tütək təsvir olunub. Birinci markanın nominal dəyəri 20 qəpik, sonuncunun 60 qəpik təşkil edir.
 
Bununla yanaşı, üzərində Azərbaycan muğam triosunun təsvirinin yer aldığı suvenir vərəq çap olunub. Suvenir vərəqin nominal dəyəri 1 manata bərabərdir.

CAHANGİR



Baxış sayı: 1301

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024