12px13px15px17px
Tarix:03/06/11

Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək

Windows 8 interfeysinin nümayiş vaxtı Microsoft korporasiyası yeni əməliyyat sisteminin kompüterin aparat hissəsinə hansı tələblər irəli sürməsi barədə danışıb. Windows Planning, Hardware və PC Ecosystem bölmələrinin korporativ vitse-prezidenti Mayk Anjilo əmin edib ki, Windows 8 yeni kompüterin əldə edilməsini tələb etməyəcək. Onun sözlərinə görə əməliyyat sisteminin işə salınması üçün aparat tələbləri Windows 7-də olduğu kimi olacaqdır. Xatırladaq ki, Windows 7-lə iş üçün 1 QHz və ya daha yuxarı takt tezliyi ilə x86 prosessoru, 1 QB əməli yaddaş və sərt daşıyıcıda 16 QB boş yer lazımdır. Microsoft qeyd edib ki, Windows 8-in yeni interfeysinin əks edilməsi üçün 1366×76, 1024×768 nöqtə kəskinlikli ekran olacaqdır.
Windows 8 haqqında daha ətraflı informasiyanı korporasiya sentyabrda, istehsalçılar üçün konfransda açmağa söz verib. Platformanın final buraxılışı 2012-ci ildə olacaq.



Baxış sayı: 4459

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Aprel 2024

26 04 2024