Tarix:04/04/14
Bu prosesə "Bali" razılaşması öz müsbət təsirini göstərərək təkan verməkdədir.
Belə ki, qlobal elektron ticarətin yüksəlişi vədini verən sözügedən razılaşma poçt xidmətlərini istehlakçıları dinləməyə, müştəri və satıcıların elektron kommersiya dalğasından gözləntilərini doğrultmağa, bu məsələdə maraqların təminatı üçün daha effektiv işləməyə, o cümlədən inteqrasiya edilmiş yeni poçt həlləri təklif etməyə, sadə və etibarlı gömrük və çatdırılma prosedurlarını təmin etməyə sövq edir.
BMT-nin ixtisaslaşmış qurumu olan Ümumdünya Poçt İttifaqının (ÜPİ) məlumatına görə, elektron kommersiya dalğasını vaxtında tutmaq üçün maraqlı tərəflər oyuna erkən başlamalı və prosesin inkişafı üçün koordinasiya edilmiş yanaşma qəbul edilməlidir.
ÜPİ-nin Baş direktoru Bişar Əbdürəhman Hüsseyn qeyd edir ki, elektron ticarət üçün səmərəli, ağıllı və təhlükəsiz şəbəkə mühümdür: "Eyni zamanda bu proses və bütün maraqlı tərəflərin əməkdaşlığını tələb edir".
Xatırladaq ki, Ümumdünya Ticarət Təşkilatının (ÜTT) üzv ölkələri arasında elektron sövdələşmələrdə gömrük rüsumlarının tətbiq edilməməsinə dair cari vəziyyət 2015-ci ilədək saxlanılacaq. Bu qərar cari ilin dekabrında İndoneziyanın Bali şəhərində keçirilən ÜTT-nin 9-cu Nazirlər Konfransında qəbul edilib.
Həqiqət İSABALAYEVA
Poçt xidməti operatorları qlobal elektron ticarətlə daha fəal məşğul olacaq
Poçt xidməti operatorları qlobal elektron ticarətlə daha fəal məşğul olmaq niyyətindədirlər.Bu prosesə "Bali" razılaşması öz müsbət təsirini göstərərək təkan verməkdədir.
Belə ki, qlobal elektron ticarətin yüksəlişi vədini verən sözügedən razılaşma poçt xidmətlərini istehlakçıları dinləməyə, müştəri və satıcıların elektron kommersiya dalğasından gözləntilərini doğrultmağa, bu məsələdə maraqların təminatı üçün daha effektiv işləməyə, o cümlədən inteqrasiya edilmiş yeni poçt həlləri təklif etməyə, sadə və etibarlı gömrük və çatdırılma prosedurlarını təmin etməyə sövq edir.
BMT-nin ixtisaslaşmış qurumu olan Ümumdünya Poçt İttifaqının (ÜPİ) məlumatına görə, elektron kommersiya dalğasını vaxtında tutmaq üçün maraqlı tərəflər oyuna erkən başlamalı və prosesin inkişafı üçün koordinasiya edilmiş yanaşma qəbul edilməlidir.
ÜPİ-nin Baş direktoru Bişar Əbdürəhman Hüsseyn qeyd edir ki, elektron ticarət üçün səmərəli, ağıllı və təhlükəsiz şəbəkə mühümdür: "Eyni zamanda bu proses və bütün maraqlı tərəflərin əməkdaşlığını tələb edir".
Xatırladaq ki, Ümumdünya Ticarət Təşkilatının (ÜTT) üzv ölkələri arasında elektron sövdələşmələrdə gömrük rüsumlarının tətbiq edilməməsinə dair cari vəziyyət 2015-ci ilədək saxlanılacaq. Bu qərar cari ilin dekabrında İndoneziyanın Bali şəhərində keçirilən ÜTT-nin 9-cu Nazirlər Konfransında qəbul edilib.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 2179
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Poçt rabitəsi nağdsız ödəniş sisteminin inkişafına kömək edəcək
- Daha sürətli pul köçürmə sisteminə qoşuluruq
- “Eurovision” qaliblərinin şərəfinə poçt markası
- “Filateliyanın inkişafında innovasiya ”
- Bir neçə rayon poçtu “Western Union” sisteminə qoşulur
- Poçt mübadiləsində yenilik
- Korporativ üslubda yeni poçt şöbələri istifadəyə veriləcək
- Poçt mübadiləsində yenilik
- Elektron poçt xidmətinin tətbiqi reallaşır
- Poçtda e-qeydiyyat sistemi
- Bütün poçt göndərişlərinin elektron qeydiyyatı aparılır
- “Azərpoçt” Qusar və Xaçmazda “səyyar qəbul”lar
- Füzuli Poçtamtı elektron poçt xidmətini həyata keçirir
- Bütün poçt şöbələri kütləvi ödənişlər üzrə mərkəzləşdirilmiş informasiya sisteminə qoşulacaq
- Poçt işçilərimiz afrikalılara dərs keçəcək