12px13px15px17px
Tarix:09/04/14

“Azərpoçt” MMC ilə “Monex” beynəlxalq pulköçürmə sistemi arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Azərbaycanın milli poçt operatoru “Azərpoçt” beynəlxalq pulköçürmələri sistemində fəaliyyətini genişləndirməyə davam edir.

“Azərpoçt”dan “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, “Azərpoçt” “Monex”   beynəlxalq pulköçürmə sistemi ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
 
Hazırda  Bakı, Abşeron və Sumqayıt Poçt filiallarının Müştəri Xidmətlər Şöbəsində “Monex” sistemi üzərindən  beynəlxalq pulköçürməsi  almaq və göndərmək olar.
 
Yaxın müddətdə “Azərpoçt” MMC-nin bütün şöbələrində “Monex”  sistemi üzərindən pulköçürmələri almaq və göndərmək mümkün olacaq.
 
Qeyd edək ki, “Azərpoçt” eyni zamanda “Contact”, “Caspian Money Transfer”, “Western Union”, “İBA-Express”,  “Золотая Корона” beynəlxalq pulköçürmələri sistemləri ilə əməkdaşlıq edir.
 
Aynur Vəliyeva 
 
 



Baxış sayı: 1542

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024