12px13px15px17px
Tarix:16/04/14

“Azərpoçt” yeni konsepsiyaya uyğun şəkildə poçt xidmətlərinin təşkili istiqamətində işlərə başlayır

Hollandiyanın “Guidion” şirkəti Azərbaycanın milli poçt operatoru “Azərpoçt”un rebrendinqi üzrə təkliflərin hazırlanması istiqamətində işlər aparır.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Dövlət müəssisələrinin fəaliyyətinin əlaqələndirmə şöbəsinin müdir müavini,  poçt sektorunun müdiri Novruz Məmmədovun “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, şirkət “Azərpoçt”un rebrendinq strategiyasını mayın sonuna kimi təqdim edəcək.

“Bu strategiya “Azərpoçt”un ofislərinin tam yeni konsepsiyaya uyğun şəkildə işinin təmin edilməsini nəzərdə tutur. Yeni strategiyaya uyğun Şirvanda reallaşdırılacaq pilot layihə çərçivəsində “Azərpoçt”un yeni dizaynda, fərqli avadanlıqların tətbiqi ilə poçt şöbələrinin işi və xidmətləri təşkil ediləcək. Bu ilin sonuna kimi rebrendinqin başa çatması gözlənilir”, - deyə o bildirib.

Qeyd edək ki, şirkət, ötən ilin sonunda Dünya Bankının keçirdiyi müvafiq tenderin qalibi olub. Bu tender “SECO”-nun Azərbaycan hökumətinə ayırdığı qrant hesabına “Maliyyə xidmətlərinin inkişaf etdirilməsi” layihəsi çərçivəsində keçirilib.

Aynur Vəliyeva
 




Baxış sayı: 896

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024